Şahin Bağırov yeni rəis təyin etdi
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzaladı
Qaz balonu partladı: Xəsarət alanlar var
“Natiq Əliyev” tankeri yük gəmisi ilə TOQQUŞUB
Həmin qılıncın üzərində nə yazılıb?
Təbrizdə "Bu qala daşlı qala" ifa OLUNDU
Nurlan Libre barəsində həbs qərarı verildi
Prokurorluq bu şirkətlərə cinayət işi açdı – Siyahı
Kiyevdə terrorun qarşısı alındı
Bu binalarda istiliklə bağlı problem yaranıb


20.02.2025  10:00 

Görünməyən qorxu





A+  A-

XƏRÇƏNG - yaşa və sosial statusa baxmadan hər kəsi təhdid edən qorxunc bir xəstəlikdir. Xərçəngin gətirdiyi qorxu və ağrıdan əlavə, daha bir acı reallıq var — bu da ölkəmizdə müasir müalicə metodlarına çıxışın məhdud olmasıdır.

Xərçəng, sadəcə bir diaqnoz deyil — bu, insan həyatını alt-üst edən görünməz düşməndir. Hər bir xərçəng xəstəsi bu sözlə qarşılaşanda sanki ölüm hökmünü alır. Bu xəstəlik təkcə bədəni yox, ruhu da məhv edir. Ağır kimyaterapiya seansları, sonsuz analizlər və həkimlərin ehtiyatla verdiyi cavablar... Bunların hər biri insanı tükəndirir, həyat eşqini param-parça edir.

Yaxınlarım bu mübarizəni yaşadı. Onlar hər gün ümidlə oyanır, amma hər axşam yorğun, ağrılarla dolu bədənləri ilə yatağa uzanırdılar. Xərçəngin ən dəhşətli tərəfi odur ki, o, insandan yaşamaq istəyini alır, gözlərindəki işığısöndürür, ailənin ümidini öldürür. Xərçəngin gətirdiyi qorxu sadəcə ağrı ilə məhdudlaşmır. Bu qorxu gələcək üçün planlar qura bilməməkdir, doğmalarını yarı yolda qoymaq qorxusudur. Bunu atamın və doğmalarım qədər özümə əziz bildiyim ən yaxın rəfiqəm olan Arzunun gözlərində gördüm. Onlar hər mənada yaşamaq istəyirdilər, amma fələyin gərdişi ayrı cür dövr elədi. Bu yaxınlarda hər iki yaxın və əziz olan insanımı — atamı və Arzunu itirdim. Xərçəng acımasızcasına onları əlimdən aldı...

Onların hər ikisi sona qədər xərçənglə mübarizə aparırdı və sona qədər yaşamaq ümidi ilə yaşayırdı. Amma xəstəlik onların həyatını yarımçıq qoydu. İndi onların itkisini hər gün hiss edirəm və yaşamaq üçün son nəfəslərinə qədər apardıqları mübarizəni
heç vaxt unuda bilmirəm. Atam xərçəngə yoluxduğunu bilmir, düşmənini tanımadam mübarizə aparırdı, Arzu isə 2022-ci ilin noyabrından 2025-ci ilin 16 fevralınadək nə ilə mübarizə apardığını çox gözəl bilirdi. Buna baxmayaraq, ağır kimyaterapiya seansları zamanı sankı “mən səndən qorxmuram, səndən daha güçlüyəm” deyib, gülümsəyərək kimyaterapiya seanslarını keçirdi. Özü ən ağır xəstə olmasına rəğmən, palata yoldaşalrına ürək-dirək, təsəli verməyi də unutmurdu. Çox təəssüf...

Hazırda dünyada xərçəngin müalicəsində bir neçə müasir və yüksək effektiv metod tətbiq olunur. Onların arasında ən güclü və təsirli hesab edilənləri təqdim edirəm:

1. İmmunoterapiya (Immunotherapy). İmmunoterapiya bədənin öz immun sistemini gücləndirərək xərçəng hüceyrələri ilə mübarizə aparmağa kömək edir. Xüsusilə ağciyər xərçəngi, melanoma və limfoma müalicəsində uğurla tətbiq olunur.

Tətbiq olunan ölkələr: ABŞ (Mayo Clinic, MD Anderson Cancer Center), Almaniya (Charité – Universitätsmedizin Berlin), İsrail (Sheba Medical Center).

2. Tərəfli (hədəflənmiş) terapiya (Targeted Therapy). Bu metod xərçəng hüceyrələrinin böyüməsinə və yayılmasına səbəb olan spesifik genlərə, zülallara və ya toxuma mühitinə təsir edir.Əsasən, tətbiq olunan ölkələr ABŞ (Johns Hopkins Hospital), Yaponiya (National Cancer Center Japan), İsveçrə (University Hospital
Zurich).

3. Radiocərrahiyyə (Radiosurgery). Xərçəng hüceyrələrini yüksək dəqiqliklə məhv etmək üçün yüksək dozalı radiasiyadan istifadə olunur. Stereotaktik radiocərrahiyyə (Gamma Knife, CyberKnife) beyin və digər lokal xərçənglərdə effektlidir. Lider klinikalar isə İsrail (Assuta Medical Center), Almaniya (Heidelberg University Hospital) və ABŞ-da (Memorial Sloan Kettering Cancer Center) yerləşir.

4. CAR-T hüceyrə terapiyası (CAR-T Cell Therapy).Bu metodda xəstənin T- limfositləri genetik olaraq dəyişdirilir və xərçəng hüceyrələrini məhv etmək üçün yenidən bədənə qaytarılır. Xüsusilə qanköçmə xərçənglərində effektivdir. Qabaqcıl olan ölkələr: ABŞ (Stanford University Medical Center), Çin (Beijing Cancer Hospital), Almaniya (Munich University Hospital).

5. Proton terapiyası (Proton Therapy). Proton şüalarının xərçəng hüceyrələrinə dəqiq
yönləndirilməsi ilə sağlam toxumalar minimal zədələnir. Uşaqlarda və baş-boyun
xərçənglərində istifadə olunur. İxtisaslaşmış klinikalar: Yaponiya (Hyogo Ion Beam
Medical Center), ABŞ (Massachusetts General Hospital), Almaniya (Essen
University Hospital).

Xərc və keyfiyyət müqayisəsi: ABŞ-da ən yüksək texnologiyalar və metodların olmasına baxmayaraq, müalicə xərcləri çox yüksəkdir. Almaniya və İsveçrədə yüksək keyfiyyət və nisbətən münasib qiymətlərdir. İsrail və Türkiyədə isə yüksək keyfiyyət və daha sərfəli xidmətlərdir.

Təəssüf ki, bu gün Azərbaycanda geniş istifadə olunan müalicə üsulu
kimyaterapiya və şua terapiyasıdır. Hansı ki, bu metod xərçəng hüceyrələrini məhhv etməklə yanaşı, sağlam hüceyrələrə də müxtəlif yan təsirlərə səbəb ola bilir.

İnkaredilməz gerçəklik bundan ibarətdir ki, xərçənglə mübarizədə ən müasir və təsirli metodlar -İmmunoterapiya (Immunotherapy), Tərəfli (hədəflənmiş) terapiya (Targeted
Therapy) , Radiocərrahiyyə (Radiosurgery), CAR-T hüceyrə terapiyası (CAR-TCell Therapy) və Proton terapiyası (Proton Therapy) tətbiq olunmalıdır. Təbii ki,xərçəng xəstəliklərinin müalicəsində daha effektiv nəticələr əldə etmək üçün həkimlərimizin ixtisas səviyyəsinin artırılması və onların xarici ölkələrdə təcrübə keçmələri vacibdir. Bu məqsədlə, dövlətimiz tərəfindən xüsusi proqramların hazırlanması və həkimlərimizin qabaqcıl tibb mərkəzlərinə göndərilməsi təmin edilməlidir. Məhz, bu halda, ölkəmizdə onkoloji xidmətlərin keyfiyyəti yüksələr, xəstələrimizə daha müasir müalicə üsulları təqdim olunar (yəni, bu amansız xəstəliyə yoluxanların ümid dolu baxışlarlı palata divarlarında donub qalmaz). Yuxarıda qeyd olunan müalicə üsulları artıq dünyanın bir çox ölkəsində insanların həyatını xilas etməkdədir...

Bizim üçün hər bir vətəndaşın həyat dəyərlidir. Əlbəttə, dövlətimizin dəstəyi ilə biz elə bir səhiyyə sistemi yarada bilərik ki, heç bir ailə xərçəng diaqnozunu eşidəndə ümidsiz, ən başlıcası isə, müalicə üçün xarici ölkələrə üz tutmaq məcburiyyətində qalmasın, doğma vətənində sağlamlığına qovuşsun. Bu, təbii ki, mümkündür və əgər bunu gerçəkləşdirmək mümkün olarsa (yəni, dövlət yetkililəri bu istəkdə bulunarsa, qısa zaman kəsimində bunu gerçəkləşdirmək mümkündür və niyə də olmasın). Şübhəsiz, dövlətin dəstəyi olarsa, vətəndaşlarımızın sağlamlığı naminə daha güclü və effektiv səhiyyə sistemi qurmaq mümkündür.



İlhamə Səmədova



Xəbər 719 dəfə oxunub.




21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı

21.02.2025  13:49 

Viktor Qonçarov SAXLANILDI


BÜTÜN XƏBƏRLƏR +