Şahin Bağırov yeni rəis təyin etdi
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzaladı
Qaz balonu partladı: Xəsarət alanlar var
“Natiq Əliyev” tankeri yük gəmisi ilə TOQQUŞUB
Həmin qılıncın üzərində nə yazılıb?
Təbrizdə "Bu qala daşlı qala" ifa OLUNDU
Nurlan Libre barəsində həbs qərarı verildi
Prokurorluq bu şirkətlərə cinayət işi açdı – Siyahı
Kiyevdə terrorun qarşısı alındı
Bu binalarda istiliklə bağlı problem yaranıb


19.02.2025  17:15 

Vladimir Putin öz xələfini iqtidara gətirir?





A+  A-

Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında keçirilən görüşdə Rusiya nümayəndə heyətinə ölkənin xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov başçılıq etdi. Onlar ABŞ Dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və xüsusi nümayəndə Stiv Uitkoffla danışıqlar apardı.

Bunlar bəlli faktdır. Bu məsələ ilə bağlı “Newsweek” “Russian Businessman With Close Ties to Putin Mediating Trump Talks: Report” (Putinlə yaxın əlaqələri olan rusiyalı iş adamı Trampın danışıqlarında vasitəçilik edir) adlı məqalə ilə çıxış edir.

Məqalədə deyilir ki, əslində Rusiya tərəfindən bu danışıqlara Kirill Dmitriev (1975) rəhbərlik edir. O, Putinə bağlı “The Russian Direct Investment Fund”a rəhbərlik edir. Bu fond 10 milyard dollarlıq kapitala sahibdir. O, etnik baxımdan rus olsa da Kiyevdə doğulub. 14 yaşına qədər orada yaşayıb. Sonra ABŞ-a köçüblər...

Krill Dmitriev Rusiya, Fransa, İtaliya və Qazaxıstanın ali mükafatları ilə təltif edilib.

O, Natalia Valerievna Popova ilə evlidir. Bu xanım isə Putinin kiçik qızı Katerina Tikhonova ilə son dərəcə yaxın rəfiqədir. Bu xətt üzrə Krill Dmitriev irəli gedib və Putinin biznes imperiyasını da o, idarə edir...

Bəzi təhlilçilər vurğulayır ki, o, sadəcə Putinə yaxın olan bir şəxs deyil. Rusiya prezidenti öz yerini ona ötürmək istəyir. Təxminən Boris Nikolayeviç Yeltsin hakimiyyəti Vladimir Putinə ötürdüyü kimi...

Krill Dmitrievin ən böyük üstünlüyü ondadır ki, o, Qərbdə xüsusi simpatiya ilə qarşılanır. Çünki Amerikada (Stanford University) təhsil alıb...

Yəni ABŞ-Rusiya danışıqlarının verdiyi imkandan yararlanaraq Vladimir Putin öz yerinə xələfini də keçirə bilər. Bu keçidi Qərb də ciddi şəkildə müdafiə edərdi. Çünki müsbət imici olan Krill Dmitrievlə işləmək onlar üçün daha asandır. Vladimir Putinin isə imici ürəkaçan deyil...

Elbəyi Həsənli

Xəbər 505 dəfə oxunub.




21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı

21.02.2025  13:49 

Viktor Qonçarov SAXLANILDI


BÜTÜN XƏBƏRLƏR +