Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


15.12.2025  16:05 

Vasif Məhərrəmli efirə sərxoş çıxan sənətçiləri tənqid edib





A+  A-

Əməkdar artist Vasif Məhərrəmli canlı yayımda efirə sərxoş vəziyyətdə çıxan sənətçiləri sərt tənqid edib.

XəzərNews.az xəbər verir ki, müğənni "Öz aramızda" verilişində qonaq olarkən ad çəkməsə də, sözlərinin Xalq artisti olan kişi həmkarına ünvanlandığı aydın olub.

Sənətçi efirdə bu cür halların yolverilməz olduğunu bildirib.

Onun sözlərinə görə, tamaşaçı kimi bəzən efirdə sərxoş vəziyyətdə oturub danışan sənət adamlarını görmək olur:

"Ağızlarının quruluşu pozulur, sözləri düzgün deyə bilmirlər. Xalq artistidir. Aparıcı görür ki, qonaq sərxoşdur, efirə buraxmamalıdır. Açıq şəkildə elan etsin ki, sərxoş gəldiyi üçün efirə çıxarılmadı. Mən gördüyümə adım qədər əminəm ki, belə hallar olur".

Əməkdar artist qeyd edib ki, sənət adamları efirin və tamaşaçının məsuliyyətini dərk etməlidirlər:

"Sən bilməlisən ki, müqəddəs bir məkana gəlirsən, milyonların qarşısına çıxırsan. Buna görə də davranışına diqqət etməlisən".

Xəbər 316 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +