Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?


15.11.2019  15:49 

Əsəd neft oğurluğuna görə ABŞ-dan təzminat tələb edəcək





A+  A-

“Mən BMT qarşısında Suriya neftinin oğurlanması məsələsini qaldıraraq ABŞ-dan təzminat tələb edəcəm”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Suriya Prezidenti Bəşər Əsəd “RİA Novosti” və “Rossiya 24” telekanalına müsahibəsində deyib.

Eyni zamanda, o, BMT-ni güc prinsipinə əsaslanan dəstələr tərəfindən idarə olunan yarı dövlət olaraq xarakterizə edib:

“Əlbəttə ki, mən, siz və dünyada bir çoxları bilirik ki, BMT mövcud deyil. Ona görə də beynəlxalq qanun yoxdur. Hazırda meşəyə bənzər bir dünyada yaşayırıq, indi o, II Dünya Müharibəsindən əvvəlki dünyaya daha yaxındır. Buna görə biz şikayət edəcəyik, lakin bilirik ki, onlar rəflərdə qalacaq”, -deyə Əsəd bildirib.

Qeyd edək ki, Suriya neft hasilatının 90 faizi əvvəllər İŞİD terrorçularının məskunlaşdığı Fərat çayının şərq sahilində cəmləşib və indi əsasən ABŞ-ın müttəfiq kürd bölmələri olan “Suriya Demokratik Qüvvələri”nin (SDF) nəzarətindədir.

Xəbər 1456 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +