Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?


08.10.2018  09:26 

AŞPA-nın payız sessiyası başlayır





A+  A-

Bu gün Strasburqda AŞ PA-nın payız sessiyası başlayır.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, 8-12 oktyabr tarixlərində baş tutacaq sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat iştirak edir.

Nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Asim Mollazadə, Çingiz Qənizadə, Elşad Həsənov, Sabir Hacıyev, Fazil Mustafa və Naqif Həmzəyev daxildirlər.

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, 2018-ci il iyunun 24-də Türkiyədə keçirilmiş parlament və prezident seçkilərinin müşahidəsinin yekunları, AŞPA-nın səsvermə və mandatla bağlı prosedurları, Avropa Şurasına və BMT-yə üzv olan dövlətlərə, həmçinin “boz zona”lara insan hüquqları üzrə monitorinq aparan orqanların limitsiz daxil olması, Avropada nüvə təhlükəsizliyi, Avropada İslam dini: radikallaşma və islamofobiya və digər məsələlər müzakirə olunacaq.

Sessiyada nümayəndə heyətinin üzvü Sahibə Qafarovanın “Avropada diaspora cəmiyyətləri və miqrantların radikallaşması” mövzusunda məruzəsi dinləniləcək, məruzə ətrafında fikir mübadiləsi aparılacaq.

Deputatlarımız gündəlikdəki məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəklər.

Bir qədər əvvəl Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Trend-ə bildirib ki, sessiyada birbaşa Azərbaycanla bağlı məsələ olmasa da, Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ, qaçqın və məcburi köçkünlər məsələsi ənənəvi olaraq bu dəfə də gündəmə gətiriləcək.

Xəbər 1907 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +