Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


08.01.2018  13:28 

Dövlət qulluğu üçün sınaq imtahanı keçiriləcək





A+  A-

Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün növbəti sınaq imtahanına qeydiyyat davam edir
DİM-də dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən XəzərNews.az-a verilən məlumatda deyilib. Bildirilib ki, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 13 yanvar tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün online qeydiyyat 13 yanvar saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.azsaytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.

Xəbər 3084 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +