Moskva üzərində 6 PUA məhv edilib
İranda güclü zəlzələ
Bərdə terrorundan 5 il ötür
Ukrayna bu ölkədən qırıcılar alacaq -Zelenski
Həyəcan təbili: quş qripi sürətlə yayılır
Kənan Heybətov dünya çempionu oldu
Ayfon işlədənlərin WhatsApp-ında problem: Statuslarda səs çıxmır
“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib


30.08.2018  14:36 

“İlk dəfədir belə həyasız adam görürəm” - Pul qalmaqalı





A+  A-

Müğənni Roza Zərgərli konsertində səhnəyə çıxdığı ritm qrupunun pulunu vermir.
XəzərNews.az xəbər verir ki, bu iddianı “Odlar yurdu” ritm qrupunun rəhbəri Vasif Səmədov səsləndirib.

O, MTV Azərbaycana müsahibəsində Rozanın telefon zəglərinə cavab vermədiyini bildirib:

“Roza xanımın köməkçisi yaxınlaşıb verəcəkləri ödənişinin miqdarını soruşdu. Pul onları qane etmədi. Halbuki çox aşağı bir qiymət demişdik. Konsertdən sonra da hörmətsizlik etdi. Məni gözlətdi, sonra maşına əyləşib çıxıb getdi. Mən başa düşürəm ki, efirdən siz şou göstərirsiz, ona-buna yardım edirsiz. 300-400 manat nə puldu ki, rəqqaslara vermədiz? Heç gözləməzdim”.

Müğənni isə ittihamlara instaqram səhifəsində cavab verib:

“Mən ilk dəfədir belə həyasız adam görürəm. Ya üzr istə yalanına görə, ya da yazışmamızı paylaşacam, biabır olacaqsan. Bu ağılı sənə verən də rüsvay olacaq, ağıllı ol. Eşitdiklərimə şok oldum. Özünü kişi sayanlar reklam tutur. Ağzımı açsam, yerlə yeksan olacaqsan.

Bütün media dostlarım, atdığım addımlara görə sevinirsiz, amma hər yerdə olduğu kimi aramızda xainlər də var. Onlara üzümü tutub deyirəm ki, paxıllıq edəndə ürəyinizdə edin. “Odlar yurdu” söylədiyi 300-400 manatlıq iddia çox gülüncdür. İstirahətdəyəm, bir həftə sonra qayıdıram. Mətbuat konfransı edib yeni layihəmdən danışacam. Həmin qrupun rəhbərini əvət edib maskasını cıracam”.

Xəbər 3212 dəfə oxunub.



27.10.2025  00:41 

İranda güclü zəlzələ

27.10.2025  00:30 

Bərdə terrorundan 5 il ötür

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq


BÜTÜN XƏBƏRLƏR +