Moskva üzərində 6 PUA məhv edilib
İranda güclü zəlzələ
Bərdə terrorundan 5 il ötür
Ukrayna bu ölkədən qırıcılar alacaq -Zelenski
Həyəcan təbili: quş qripi sürətlə yayılır
Kənan Heybətov dünya çempionu oldu
Ayfon işlədənlərin WhatsApp-ında problem: Statuslarda səs çıxmır
“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib


12.03.2018  09:25 

Gələn aydan Neftçalada maşın istehsalı başlayacaq





A+  A-

Cari ilin aprel ayında Neftçala sənaye zonasında yerləşən avtomobil zavodunda avtomobil istehsalına start veriləcək.
XəzərNews.az xəbər verir ki, bu barədə Trendə "AzerMash" şirkətinin qurucusu Emin Axundov məlumat verib. Onun sözlərinə görə, zavodun açılışı martın sonunda baş tutmalıdır. O qeyd edib ki, açılış mərasimində martın 28-də Azərbaycana səfəri planlaşdırılan İran prezidenti Həsən Ruhaninin iştirak edəcəyi gözlənilir.

Müəssisədə Dena, Rana, Soren, Samand markalı avtomobillərin, həmçinin Peugeot avtomobilin bir sıra modellərinin istehsal edilməsi nəzərdə tutulub. Zavodun illik istehsal gücü 10 min avtomobil təşkil edəcək. Gələcəkdə avtomobillərin Ukraynaya, Rusiyaya və Orta Asiya ölkələrinə ixrac edilməsi planlaşdırılır.

Emin Axundov əlavə edib ki, hal-hazırda zavodda ehtiyat hissələrinin istehsal olunması imkanları müzakirə edilir.

Xatırladaq ki, 6 avqust 2016-cı il tarixində İranın "Iran Khodro" və Azərbaycanın "Azeurocar" şirkəti Neftçala sənaye zonasında birgə zavodun yaradılması barədə saziş imzalayıb. Layihənin dəyəri ümumi 24 milyon manata bərabər olaraq qiymətləndirilir. Yatırımların 75 faizini Azərbaycan tərəfi, 25 faizini isə İran təmin edəcək.

Xəbər 4754 dəfə oxunub.




27.10.2025  00:41 

İranda güclü zəlzələ

27.10.2025  00:30 

Bərdə terrorundan 5 il ötür

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq


BÜTÜN XƏBƏRLƏR +