Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?


19.08.2021  11:21 

Paşinyan sərhədə indi də erməni sərhədçilərini yerləşdirmək istəyir





A+  A-

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin necə qorunmalı olduğuna dair özünün sayca üçüncü və əvvəlkilərdən tam fərqlənən planını irəli sürüb.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, Paşinyan ötən gün hökumətin iclasındakı çıxışı zamanı Ermənistanın Azərbaycanla sərhədin “bəzi hissələrinin” mühafizəsini ölkənin Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarına həvalə etməyə hazırlaşdıqlarını bildirib. Baş nazir bu planı hökumətin 2021-2026-cı illər üçün proqramını təqdim edərkən açıqlayıb.

“Bizim proqram və plan bundan ibarətdir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tezliklə sərhədin daha çox hissəsini nəzarətinə götürəcək-həmin hissələrə nəzarətin Silahlı Qüvvələr tərəfindən onlara təhvil verilməsindən sonra. Bu planda sərhəd qoşunlarının sayı artırılmalıdır və islahatlar keçirilməlidir”,-Paşinyan deyib.

Baş nazirin fikrincə, bu plan Ermənistanın “dinc regional gündəmə” can atdığını göstərir. Çünki onun fikrincə, sərhədçilər hərbi yox, dinc zona hesab edilən sahələrdə məsuliyyəti üzərlərinə götürürlər.

Xatırladaq ki, bundan əvvəl Paşinyan Azərbaycanla sərhədə ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrdən, o cümlədən Fransa və ABŞ-dan sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırmışdı. Daha sonra o, ideyasını yenilədi və bu dəfə Azərbaycanla bütün sərhəd boyu Rusiya sərhəd qoşunlarının dayaq məntəqələrinin yerləşdirilməsi planını irəli sürdü. Paşinyanın bu planını açıqlamasından sonra Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş vilayətinin Əskipara (Voskepar) kəndində Rusiya sərhəd qoşunlarının bölməsi yerləşdirildi, daha sonra Rusiya sərhədçilərinin vilayətin digər həmsərhəd kəndlərində də göründüyü məlum oldu. İndi isə Paşinyan tamamilə fərqli plan irəli sürür və Azərbaycanla sərhədin “bəzi hissələrinə” tezliklə erməni sərhədçilərinin yerləşdiriləcəyini deyir.

Qeyd edək ki, Azərbaycan hələ bir neçə il əvvəldən Ermənistanla sərhədin Qazax rayonu istiqamətindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının bölmələrini yerləşdirib.

Xəbər 2269 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +