Suriyanın yeni lideri tezliklə Türkiyəyə gedəcək
Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB


23.07.2022  22:49 

Eynulla Fətullayev “Şuşada nəyin baş verdiyini“ açıqladı





A+  A-

"Əslində, nə baş verib? Masada mən, həmkarlarım və dostlarım Murad Dadaşov, Elbrus Erud və Üzeyir Cəfərli əyləşmişdi. Bu arada masamıza Elbrus Erudun dəvətilə Şuşa qoruğunun əməkdaşı Zaur Həsənov gəldi".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Şuşada baş verdiyi iddia olunan insidentdə adı hallanan Eynulla Fətullayev çıxış edib.

E.Fətullayev bildirib ki, mən həmkarlarıma Şuşa şəhərinin başçısı Aydın Kərimovun Bakı portundadakı fəaliyyətindən bəhs edirdim:

"Bu fikirlərim Zaur Həsənovun xoşuna gəlmədi və o, etirazını bildirmək istəyərkən, ondan xahiş etdim ki, masamızı tərk etsin. Əhvalımızı pozmasın... Sonra təkidlə xahiş etdim. Və məmur çıxıb getdi. Bu qədər bəsit".

E.Fətullayev əlavə edib ki, bir halda ki, kuratorlar bu xırda, "məişət" söhbəti ətrafında trol hücumu sifariş veriblər, o zaman heç olmasa əhvalatı olduğu kimi təqdim edin:

"Onsuz da gördüyünüz digər işlər kimi bu trolling də effektsizdi. Sizdən fərqli olaraq mən hədəfi həmişə sərrast vururam, bunu nəzərə alın! Hələlik bu qədər..."

Xəbər 2727 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +