“Şərq-Qərb” ASC dövlət qarşısında borcunu ödəməyə məcbur edilib
Gəlin, Gəncə şəhərinə sahib çıxaq! - Deputatdan ÇAĞIRIŞ
Azərbaycandan gedən ilk qatar Ermənistana daxil oldu - FOTO
“Sovetski“ ərazisindən ailələr niyə köçürülür?
Sabahın havası açıqlandı
4 avtomobil toqquşdu – Dərnəgül yolunda qəza
AFFA “Neftçi“ klubunu cərimələyib
Azərbaycan Ordusu NATO standartlarına uyğunlaşdırılır -Prezident
“İmamoğlu işi“: Tanınmış jurnalistlər saxlanıldı
Təhsil müdirinə şiddətli töhmət verildi


30.07.2022  15:33 

Qısası, mövcud durum heç də xoşagələn deyil...





A+  A-

Jurnalistikanın missiyası məlumatlandırmaqdır. Bir vaxtlar maarifləndirmək də deyirdilər, amma artıq kimsə maariflənmək istəmir. Heç məsləhət də istəyən yoxdur. Bu səbəbdən də indi məlumat verməklə kifayətlənməliyik.

Lakin deyəsən, Dövlət Baba bir az fərqli mövqedədir. Deyir ki, məlumatlandır, bilgiləndir, amma dövlətin dediyi kimi. Əslində, elə indi hamı dövlətin dediyi kimi işləyir. Nə olar? Öz dövlətimizdir də…

Məsələ odur ki, biz bizdən nə istənildiyini bilmirik, ya da bizə yaxşı anlatmırlar. Şəxsən mən mənə barmaq silkələyən kimsəni sevmərəm, hətta Dövlət Babam olsa belə. Çünki barmaq silkələnəcək hərəkət edən deyiləm, etmərəm də. Bu səs-küy də məncə elə bu səbəbdəndir. Barmağı heç kim sevmir. Bəlkə daha uyğun, daha yumşaq, daha səmimi yol tapaq.

Bu ölkədə əli qələm, dili söz tutanların deyərdim hamısı bu dövləti, bu milləti, bu vətəni çox sevir. Sevməyən yoxdurmu, əlbəttə olmamış deyil.

Amma yenə nəsə bir orta yol tapmaq lazımdır. Qurunun oduna yaşı yandırmaq, həqiqi sevənin, ədalətin, haqqın yanında olanları gözümçıxdıya salmaq da bir iş deyil.

Bir dəfə Dövlət ərkanından biri mənə dövlətçilik dərsi keçməyə cəhd elədi. Oturduğu kürsünün verdiyi gücə arxalanaraq üstümə gəlirdi. Dedim, içi sən qarışıq bu binada dövlətini, millətini məndən çox sevən olmaz. Kimi nədə ittiham etdiyinizə diqqət et.

Mən bu millət, bu dövlət, bu vətən uğruna can vermişəm, o canın, qanın hesabına dik duran dövlət hər kəsdən çox mənimdir.

Mənim olanı məndən çoxmu sevəcəksiz?

Biz bəziləri kimi dövlətin gücündən güc almırıq, gücümüzün mənbəyi sevgimizin dərinliyindədir.

Qısası, mövcud durum heç də xoşagələn deyil. Ağzımızı güdənlər də bilsinlər ki, bizim narazılığımız, sitəmimiz sevgimizdəndir. Biz Dövlət Babamıza sitəm edərik, amma əsla asi düşmərik.

P.S. Bəlkə də bizim bilmədiyimiz məsələlər var, bəlkə də ən doğru yol elə budur. Amma bəlkə…

Zaur Əhməd

Xəbər 3172 dəfə oxunub.




06.11.2025  13:32 

Sabahın havası açıqlandı

06.11.2025  12:06 

Əhaliyə xəbərdarlıq: Sabah...

06.11.2025  11:51 

Bu şəxslər cərimələnəcək

06.11.2025  11:17 

Unutmayacağımız gecə...


BÜTÜN XƏBƏRLƏR +