“Fərdi jurnalist müsabiqəsi”nin qalibləri açıqlandı - Siyahı
Qobuda dəhşətli qəzanın... - Videosu
Bəzi qanunların dili olduqca çətindir - Sabir Rüstəmxanlı
Büdcəyə gömrük daxilolmaları niyə azalıb?
Kimlərə 8 min manat müavinət veriləcək?
Tibbi Sığorta ilə dərmanları necə alacağıq?
Prezident Əliyev Əraqçı ilə nədən danışıb?.. - QƏBUL
Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb


06.11.2025  12:48 

“İmamoğlu işi“: Tanınmış jurnalistlər saxlanıldı





A+  A-

Türkiyədə 6 jurnalist ifadələri alınması üçün bu gün səhər saatlarında evlərindən polis bölməsinə aparılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, saxlanılan jurnalistlər - Aslı Aydıntaşbaş, Ruşen Çakır, Soner Yalçın, Şaban Sevinç, Yavuz Oğhan və Batuhan Çolak olub.

İstanbul Baş Prokurorluğundan vurğulanıb ki, jurnalistlərin "İmamoğlu işi" ilə bağlı ifadələri alınır. Onlar yalan məlumat yaymaq və cinayət təşkilatına yardım etməkdə şübhəli bilinirlər.

Qeyd edək ki, Y.Oğhan CHP-nin kommunikasiya koordinatoru vəzifəsində çalışır.

Əlavə edək ki, jurnalistlərin mobil telefonlarının da götürüldüyü qeyd olunub. Hələlik saxlanılanlar barədə həbs qətimkan tədbiri yoxdur.

Xəbər 1642 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +