Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib


08.06.2018  10:23 

“ABŞ-ın hegemonluğuna imkan vermərik” - Makron





A+  A-

Fransa prezidenti G7 zirvəsi zamanı imzalanacaq yekun bəyannamədə ABŞ-ın imzasının olmama ehtimalının yüksək olduğunu deyib.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Vaşinqtonun öz tərəfdaşları ilə gömrük rüsumu və ticarət münasibətlərində razılıq əldə etməməsidir.

“Ola bilsin, ABŞ prezidenti təcridə olunmağa qarşı deyil. Və biz də qlaan 6 ölkə olaraq yekun bəyannaməni imzalamağa qarşı deyilik”.
G7-yə ABŞ-dan savayı Böyük Britaniya, Almaniya, İtaliya, Yaponiya, Kanada və Fransa daxildir.

“Bu 6 ölkə tarixə söykənən beynəlxalq gücə və nüfuza malikdir”-deyə Makron “Twitter”də yazıb. O, tək ölkənin dünya iqtisadiyyatının hegemonuna çevrilməsinə icazə verməyəcəklərini deyib.

“G7-nin 6 ölkəsi ABŞ-dan daha böyük bazarı əhatə edir. Düzgün təşkilatlansaq, tək ölkənin dünya hegemonluğuna imkan vermərik. Biz bunu istəmirik”.

Avropa Birliyi və ABŞ arasında narazılıq iyunun 1-dən Trampın Birlik ölkələrindən ixrac edilən polad və alüminium məhsullarına vergini artırması ilə bağlıdır.

Xəbər 1383 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +