“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?
Almaniyanın keçmiş prezidenti öldü


17.02.2022  11:12 

Təcavüz məsələsində Ronaldonu kim qorudu?





A+  A-

ABŞ-da bir oteldə 2009-cu ildə Ketrin Mayorqaya təcavüz etməkdə günahlandırılan portuqaliyalı futbolçu Kriştiano Ronaldonun həbsinə rayon prokuroru Stiv Volfsonun mane olduğu məlum olub.

Mayorqanın 2009-cu ildə Ronaldoya qarşı açdığı dava polisə təfərrüatlı məlumat vermədiyi səbəbiylə bağlandığından İngiltərə və Almaniya mətbuatı Ronaldonun məhkəmə prosesini bitirmək üçün Mayorqaya 373 min dollar ödədiyini iddia edib.

2018-ci ildə təcavüz qurbanı olan qadınların başlatdığı “MeToo” (Mən də) hərəkatı pik həddə çatanda Mayorqa 76 milyon dollar təzminat tələbi ilə işi yenidən açdı.

Britaniyanın "Sun" qəzetinin xəbərində 2021-ci il tarixli məhkəmə sənədlərinə görə, 9 il sonra ittihamları araşdıran Las Veqas polisi Ronaldonun həbsi üçün prokurorluqdan qərar verməsini tələb edib.

Lakin Clark County bölgəsinin prokuroru Volfson polislər Ronaldonu həbs etmək üçün kifayət qədər dəlil tapsalar da, istintaq aparmaqdan imtina edib. Prokuror istintaqdan niyə imtina etdiyini açıqlamasa da, cinayət işi üzrə istintaq bağlanıb./“İki sahil”

Xəbər 2930 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +