Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib


07.07.2022  15:05 

Proqnozdan artıq yığım... - Qorxuludur





A+  A-

Necə olur ki, hər hansı bir qurum hər il proqnozları 25-30%, bəzən daha artıq üstələyir. Proqnozdan artıq icra qulağa xoş səslənsə də əslində qorxuludur.

Niyə?

Adətən proqnoz predmetlərinin ekonometrik modelləşdirilməsi və proqnozlaşdırılması üçün nəzəri-metodoloji aspektlər, zəruri statistik məlumatlar əsasında predmet göstəriciləri arasında korrelyasiya asılılıqları qurulur. Yaxud digər sadə metodologiyalarla təhlillər aparılaraq nəticədə gözlənilən proqnozları hesablanır.

Proqnoz və nəticə arasında nisbi xəta 5-7 faiz olarsa, bunu normal qarşılamaq olar. Amma fərq 25-30%-dirsə və bu hər il oxşar şəkildə təkrarlanırsa deməli ciddi nöqsan var. Bu nöqsan ya proqnozların hazırlanması metodologiyasındadır, ya da hansısa qurum qəsdən proqnozları real gözləntinin 80%-i həcmində təqdim edir ki, sonda “büdcə qarşısındakı öhdəliklərimizi 30 faizədək artıq icra etmişik” deyə bilsin. Adətən bu metodda keçmiş sovet dövründə istifadə edirdilər. Proqnoz hazırlanarkən, kiçik göstəricini qeyd edirdilər, sonra da filan kolxoz planın 250% yerinə yetirib - deyirdilər.

Beləcə, proqnozlar ardı-ardına hər il nəticədən fərqli olursa bu qorxuludur. Qəsdən aşağı təqdim edilən proqnoz göstəricisi X qədər qorxuludursa, qəsdən edilməyən amma nəticədən uzaq olan proqnozlar daha çox - 2X qədər qorxuludur. Çünki, əgər bir qurum hər il öz fəaliyətinin proqnozunda yanlışlığa yol verirsə, deməli, proseslər tamamilə onun iradəsindən kənarda baş verir. Bu isə o deməkdir ki, bu gün müsbət nəticələri öncədən proqnoz edə bilməyən, sabah qorxulu tendensiyanı da proqnoz edə bilməyəcək.

Əlqərəz, bir qurum 5 il ərzində 2 dəfədən artıq qoyulmuş proqnozlardan 7%-dən fərqli nəticə göstərirsə, bu ciddi neqativ haldır.

Eldəniz Əmirov
İqtisadçı


Xəbər 1787 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +