Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib


07.01.2021  14:07 

Qarabağa dəyən ziyanın hesablanmasına başlanılıb





A+  A-

İqtisadiyyat naziri Mikayıl Cabbarov işğaldan azad edilmiş torpaqlara dəymiş ziyanla bağlı görüləcək işlərdən danışıb.
XəzərNews.az xəbər verir ki, nazir Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformat şəklindəki müşavirədə bildirib ki, ölkə başçısının göstərişinə uyğun olaraq, bu işlərin planlaşdırılması və metodoloji nöqteyi-nəzərdən vahid əsası təşkil edilib:

“Məhz gələcəkdə məhkəmə təzminatlarının, məhkəmə proseslərinin aparılmasını nəzərə alaraq, biz bu işi öncədən vahid metodoloji əsasda qururuq. Paralel olaraq həm yerli qiymətləndirici şirkətlərin, dövlət müəssisələrinin burada, ilk növbədə, Əmlak Məsələləri Xidmətinin kompetensiyaları çərçivəsində, özəl sektorun cəlb edilməsi və digər aidiyyəti dövlət orqanları ilə birlikdə hər bir istiqamət üzrə bu fəaliyyətin həyata keçirilməsinə başlamışıq. Bu prosesin ilkin mərhələsində indiyə qədər keçirilmiş ayrı-ayrı qiymətləndirmələrin və tədqiqatların ümumiləşdirilməsi, təhlili və paralel olaraq ərazilərə təhlükəsiz çıxışın təmin edilməsi ilə birlikdə artıq həmin qiymətləndirilmələrin yerində aparılması həyata keçirilir.

Burada xüsusilə Siz qeyd etdiyiniz kimi, bizim dağ-mədən yataqlarının istismarından, daha doğrusu dəyən zərərin qiymətləndirilməsində biz xeyli irəliləmişik. Bu fəaliyyəti artıq bir neçə ildir ki, Sizin göstərişinizə uyğun olaraq həyata keçiririk və hazırda sadəcə, dəqiqləşmə işləri aparılır. Çünki bizim həmin yataqlara artıq fiziki çıxışımız da var. Analoji olaraq dağıdılmış mülkiyyət, torpaq istismarı, istər dövlət mülkiyyəti, istərsə də özəl mülkiyyət üzrə təbii sərvətlərə dəymiş zərər kimi istiqamətlərdə fəaliyyət həyata keçirilir. Son olaraq onu da məruzə etmək istərdim ki, qeyd etdiyiniz həmin vahid metodologiyanın tətbiqində bizə dəstək verən xarici məsləhətçilərin yanvar ayında səfəri nəzərdə tutulub. Mütəmadi olaraq diqqətinizə müvafiq məruzələri edəcəyik”.

Xəbər 2299 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +