Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib


01.05.2017  12:11 

Daha 49 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb





A+  A-

Mayın 30-da Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirəcək.
XəzərNews.az Komitəyə istinadən xəbər verir ki, hərraca 49 əmlak çıxarılıb. Bunlardan 20-si səhmdar cəmiyyəti, 12-i kiçik dövlət müəssisə və obyekti, 14-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü nəqliyyat vasitəsidir. Əmlaklarla daha yaxından tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək lazımdır:
http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1778
Hərracda özəlləşdirilməsi nəzərdə tutulan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklardan biri paytaxtın Suraxanı rayonunda, digərləri isə regionlarda müvafiq olaraq Göyçay, Ağdam, İmişli, Beyləqan, Gəncə və Ağstafada yerləşir. Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılıb. Hərracda yüksək start qiyməti ilə seçilən əmlak "Ağdam Pambıq" MMC-dir. Adı çəkilən əmlak 872,5 min manata təklif olunur. Bundan başqa paytaxtın Suraxanı rayonunda yerləşən 55 saylı hamam isə torpaq sahəsi və ilkin start qiymətinə görə fərqlənir. Beləki, 1656 kv.m olan əmlakın ilkin start qiyməti 115 min manatdır.
İstifadəsiz qeyri-yaşayış sahələrinin isə 7-si Bakıda, 1-i Yevlaxda, 3-ü Abşeronda, 1-i Sumqayıtda, 2-si Ağdaşda yerləşir. Bu kateqoriyaya aid edilən əmlakların ümumi faydalı sahəsi 12 kv.m-lə 109 kv.m arasında dəyişir. Bu isə alıcıların seçim imkanını artıraraq onların fəaliyyətini əvvəlcədən planlaşdırmağa imkan verir.
Bu dəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, aqrar, nəqliyyat, məişət, inşaat, istehsal, təmir və s. sahələrə aiddir. Hərraca çıxarılan iri müəssisələr sırasında “Yevlax Yun”, “Ağcabədi Aqrotexservis”, “Masazır Quşçuluq”, “Ucar ağac emalı”, “Mingəçevir Qum Çınqıl” kimi müəssisələr var.

Xəbər 1405 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +