Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


28.11.2024  11:57 

“Məni ələ verməyin, tutulsam...” – Qənirə Ataşovadan daha bir qalmaqal





A+  A-

“Bəsti Hacıyevanın əməliyyatdan sağ çıxması sevindirici xəbərdir, amma məsələ bununla bitmir. Hazırda Bəsti xanım reanimasiyada olsa da, bu əməliyyatın kölgəsində gizlənən ciddi faktlar var. Azərbaycan mətbuatında bəzi mənbələr Ülviyyə İlyasovanın bu əməliyyatla bağlı rolunu gizlətmək üçün məlumatlar tirajlayır. Lakin məndə bu məsələyə işıq salacaq faktlar mövcuddur”

Xəzərnews.az Yenisabah.az-a istinadən xəbər verir ki, ABŞ-da yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova daha bir qalmaqallı paylaşımı ilə səs-küy yaradıb. O, adına cinayət işi açılan və eltisini öldürməkdə ittiham olunan həkim Ülviyyə İlyasova haqqında yeni iddialar səsləndirib:

“Ülviyyə İlyasovanın əməliyyatdan sonra hadisə yerində necə gizləndiyini əks etdirən sübutlarım var. Hətta onun bacısının telefonundan xəstə yaxınlarına zəng edib, “Məni ələ verməyin, tutulsam xəstənizin xərclərini ödəməyəcəm,” deyə insanları qorxutduğuna dair məlumatlar mövcuddur. Bu arada qeyd etmək lazımdır ki, Bəsti xanım varlı deyil, maliyyə baxımından çətinlik çəkir və Ülviyyənin onun üçün ödəyəcəyi yardıma möhtacdır. Amma hüquq-mühafizə orqanları bu məsələni diqqətlə araşdırmalıdır. Ülviyyənin günahını hansısa saxta “həkim” öz boynuna götürübsə, bunun səbəbləri də açıq şəkildə üzə çıxarılmalıdır. Ülviyyə İlyasovanın fəaliyyətini davam etdirdiyini sübut edən daha bir video paylaşımı da təqdim edəcəyəm. Bu dəfə söhbət azərbaycanlı aktrisa Mila Bekovadan gedir. Həmin videoda görəcəksiniz ki, Ülviyyənin əməlləri Mila xanımı hansı psixoloji, fiziki və mənəvi əzablarla üz-üzə qoyub. Öz gözlərinizlə izləyib nəticə çıxarın.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının addım atması və ədalətin təmin olunması hər birimizin gözləntisidir. Bu hadisələr yalnız fərdi insanlara deyil, bütövlükdə cəmiyyətə zərbə vurur. Biz isə susmamalı, həqiqətləri işıqlandırmalıyıq”.



Xəbər 146 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +