14.02.2017 15:02
Ucar rayonu Qazyan kənd sakini Məlikov Səfa Sabir oğlu XəzərNews.az-ın elektron ünvanına şikayət məktubu göndərib.
Həmin məktubu olduğu kimi təqdim edirik:
Mənim qardaşım 1971-ci il tarixdə anadan olmuş Məlikov Aydın Sabir oğlunun ölümünə baiskar Nəqliyyat Departamentinin 6 nəfər əməkdaşı olub. Ancaq bu cinayət faktını araşdıran yoxdur. Belə ki, qardaşım Aydın Məlikov Səudiyyə Ərəbistanda müqavilə əsasında gəmidə işləyirdi. Müqavilənin vaxtı bitdiyi üçün 3-4 gün olardı ki, evə gəlmişdir. 06 fevral 2017-ci il tarixdə həyətdə çoxdan saxladığı Qazel markalı avtomobilini təmir etdirmək məqsədi ilə ustaya göstərmək üçün Ucar rayonunun mərkəzinə getmişdir. Rayonun Oğuz küçəsi ərazisində Nəqliyyat Departamentinin 6 nəfər əməkdaşı qardaşıma yaxınlaşıb ondan fərqlənmə nişanını tələb ediblər. Qardaşım onlara bildirib ki, mən yük daşımaqla məşğul olmuram özümdə Azərbaycana 3 gündür ki, gəlmişəm. Onlar Aydınla yersiz mübahisə etməyə başlayıb üstünə hücum edib bərk əsəbləşdirdiklərindən oradaca qardaşımın huşu gedib. Nəqliyyat Departamentinin əməkdaşları huşsuz vəziyyətdə yerə yıxılan qardaşımıın cibini axtarmağa başlayıblar. Yaxınlıqda olan insanların müdaxiləsindən qorxuya düşən həmin azğınlaşmışlar oradan qaçıb uzaqlaşıblar.
Ucar Rayon Xəstəxanasına çatdırılan qardaşımın beyninə qansızması aşkarlandığı üçün onu təcili yardım maşını ilə Bakı şəhərinə xəstəxanaya gətirdik. Burada iki gün həkimlərin səyi nəticə vermədi qardaşım dünyasını dəyişdi. Həkimlər bildirdilər ki, qardaşınız bərk əsəbləşdiyi, stress keçirdiyi üçün insult keçirib. Biz bu barədə 102 xidmətinə zəng edib məlumat versəkdə qardaşım Aydının ölümünə bais olmuş Nəqliyyat Departamentinin 6 nəfər əməkdaşı barədə heç bir tədbir görülməmişdir.Onların ikisinin Rəşad Şəfiyev və Anar İsgəndərovun adlarını öyrənmişik. Bu azğınlaşmış 6 nəfər şəxsin həyatına son qoyduqları qardaşımın iki övladı yetim qaldı. Onlar qanun qarşısında cavab verməli və barələrində cinayət işi başlanılıb həbs edilməlidirlər.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova və Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət edib xahiş edirəm qardaşım Məlikov Aydın Sabir oğlunun ölümünə səbəkar olmuş Nəqliyyat Departamentinin 6 nəfər əməkdaşı barədə ciddi tədbirlər görəsiniz .
|
11.01.2025 00:00
10.01.2025 23:56
10.01.2025 23:51
10.01.2025 23:50
10.01.2025 23:49
10.01.2025 23:47
10.01.2025 23:45
10.01.2025 18:51
10.01.2025 18:38
10.01.2025 17:31
10.01.2025 17:08
10.01.2025 16:47
10.01.2025 15:27
10.01.2025 13:59
10.01.2025 13:21
Bud əməliyyatına girdi, burnunu kəsdilər – “TV-də reklam olunan “cərrahlar” məni şikəst ediblər“
10.01.2025 12:50
“Ayda 3 milyon 300 min dolları...” - Ölkəni belə talayıblar...
10.01.2025 12:47
Rüşvət almışdılar... - Biri azadlığa çıxdı, digərinin işi azaldıldı
10.01.2025 12:43
Bacısını öldürən qardaşla bağlı QƏRAR: müalicəyə göndərilsin
10.01.2025 10:56
Soyuq otaqlara icra başçısı üçün qoyulan qızdırıcılar - Foto
09.01.2025 22:16
Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI
09.01.2025 22:09
09.01.2025 16:28
09.01.2025 16:23
09.01.2025 16:19
09.01.2025 14:49
09.01.2025 14:10
09.01.2025 12:48
09.01.2025 12:33
“Baku Elektronics“ məhsulun keyfiyyətsizliyinə görə CƏZALANDIRILDI
08.01.2025 17:34
08.01.2025 15:59
Xəstə uşaqların 1 milyon qanpulu hansı “böyük adam”ın cibindədir?
07.01.2025 20:31
Avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı həbs olundu -FOTO,VİDEO