11.02.2017 14:54
Baş nazir Artur Rasi-zadənin qərarı ilə “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilib.
XəzərNews.az xəbər verir ki, əsasnaməyə aşağadakı dəyişikliklər olunub:
1. Aşağıdakı məzmunda 1.6-1-ci bənd əlavə edilsin:
“1.6-1. “B” kateqoriyasına aid nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsini almaq istəyən şəxsin seçiminə əsasən, nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan mexaniki və ya avtomatik transmissiyalı nəqliyyat vasitəsində verilə bilər. Mexaniki transmissiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə vermiş şəxsə mexaniki və avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir. Avtomatik transmissiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə vermiş şəxsə isə yalnız avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir.”.
2. 3.10-cu bəndin “Qeyd”inin birinci cümləsi çıxarılsın.
3. 3.15-1.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.15-1.7-ci və 3.15-1.8-ci yarımbəndlər əlavə edilsin:
“3.15-1.7. yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik Azərbaycan Respublikasının vətəndaşının ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə burada nəqliyyat vasitələrini idarə etmək niyyətində olması;
3.15-1.8. yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alması.”.
4. Aşağıdakı məzmunda 3.15-5 - 3.15-7- ci bəndlər əlavə edilsin:
“3.15-5. Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti bitməmiş sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay müddətində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Əsasnamənin 3.15-1 - 3.15-4-cü bəndləri ilə müəyyən edilmiş qaydada dəyişdirməlidir.
3.15-6. Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti bitməmiş sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Əsasnamənin 3.15-1 - 3.15-4-cü bəndləri ilə müəyyən edilmiş qaydada dəyişdirməlidir. 3.15-7. Bu Əsasnamənin 3.15-5-ci və 3.15-6-cı bəndlərində nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılır.”.
5. Əsasnaməyə 4 nömrəli əlavə - “Təcrübi imtahanın keçirilmə Metodikası”nın 1.3-cü bəndinə “artıq olmayan” sözlərindən sonra “imtahan prosesini qeydə alan videokameralarla təchiz edilmiş” sözləri əlavə edilsin.
|
11.01.2025 00:00
10.01.2025 23:56
10.01.2025 23:51
10.01.2025 23:50
10.01.2025 23:49
10.01.2025 23:47
10.01.2025 23:45
10.01.2025 18:51
10.01.2025 18:38
10.01.2025 17:31
10.01.2025 17:08
10.01.2025 16:47
10.01.2025 15:27
10.01.2025 13:59
10.01.2025 13:21
Bud əməliyyatına girdi, burnunu kəsdilər – “TV-də reklam olunan “cərrahlar” məni şikəst ediblər“
10.01.2025 12:50
“Ayda 3 milyon 300 min dolları...” - Ölkəni belə talayıblar...
10.01.2025 12:47
Rüşvət almışdılar... - Biri azadlığa çıxdı, digərinin işi azaldıldı
10.01.2025 12:43
Bacısını öldürən qardaşla bağlı QƏRAR: müalicəyə göndərilsin
10.01.2025 10:56
Soyuq otaqlara icra başçısı üçün qoyulan qızdırıcılar - Foto
09.01.2025 22:16
Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI
09.01.2025 22:09
09.01.2025 16:28
09.01.2025 16:23
09.01.2025 16:19
09.01.2025 14:49
09.01.2025 14:10
09.01.2025 12:48
09.01.2025 12:33
“Baku Elektronics“ məhsulun keyfiyyətsizliyinə görə CƏZALANDIRILDI
08.01.2025 17:34
08.01.2025 15:59
Xəstə uşaqların 1 milyon qanpulu hansı “böyük adam”ın cibindədir?
07.01.2025 20:31
Avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı həbs olundu -FOTO,VİDEO