Fərid Qayıbovla bağlı nə baş verir?
Ukraynaya 10 milyardlıq yardım hazırlanır
17 milyon manata satılan villa kimindir?
Əli Əsədov Məsud Pezeşkianla görüşdü
Putin və Tramp nə zaman görüşür?
Dmitriev: “Güzəştlərdən danışmaq tezdir”
Putin Zelenski ilə danışıqlara hazırdır
Premyer Liqada 23-cü tur - Öyrəndik ki...
Ən çox vergi ödəyən texnoloji şirkətlər hansılardır?
Milyonlarla borcu olan biznesmen kimdir?


18.02.2025  16:55 

Dmitriev: “Güzəştlərdən danışmaq tezdir”





A+  A-

Rusiya və ABŞ arasında aparılan danışıqlardan sonra Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriev “güzəştlər haqqında danışmaq üçün hələ tez olduğunu” və “tərəflərin bir-birini dinləməyə başladığını” bildirib.

XəzərNews.az xəbər verir ki, “düşünürəm ki, kompromislərdən danışmaq hələ tezdir, deyə bilərik ki, tərəflər bir-biri ilə ünsiyyətə başlayıblar, bir-birlərini dinləməyə başlayıblar, dialoqa başlayıblar”, o, Reuters-ə deyib.

Dmitriyevin sözlərinə görə, Rusiya Federasiyası və ABŞ nümayəndələri "bir-birinə hörmətlə yanaşıblar" və "bərabər" ünsiyyətdə olublar.

Rusiya tərəfini danışıqlar masasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov təmsil ediblər. Bundan başqa, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Dmitriyev də Rusiya nümayəndə heyətinin tərkibində olub.

İclasda ABŞ-ı prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals, dövlət katibi Marko Rubio və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff təmsil edib.

Görüş kral ailəsinin saraylarından birində - Albasatin kompleksindəki Diriyahda baş tutub.

Xəbər 230 dəfə oxunub.




18.02.2025  15:37 

Ərdoğan Zelenski ilə görüşüb

18.02.2025  15:37 

UNEC-ə hücum olundu


BÜTÜN XƏBƏRLƏR +