Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?


24.09.2025  13:54 

Şahin Mustafayev Təbriz və Culfada səfərdə olub





A+  A-

Azərbaycan Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən sədri Şahin Mustafayev İrana səfəri çərçivəsində Təbriz və Culfa şəhərlərində olub.

XəzərNews.az xəbər verir ki, səfər zamanı Baş nazirin müavini Şərqi Azərbaycan əyalətinin valisi Bəhram Sərməti ilə görüş keçirib. Görüşdə əyalətin Azərbaycan-İran münasibətlərində mühüm rolu vurğulanıb, regionlararası iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Ş.Mustafayev, İranın yol və şəhərsalma naziri, Dövlət Komissiyasının İran tərəfindən sədri Fərzanə Sadeq ilə birlikdə Araz dəhlizi üzrə həyata keçirilən Ağbənd-Kəlalə körpüsü və Culfa-Kəlalə yolunun icra vəziyyəti ilə yerində tanış olub. Körpünün tikintisi və yolun genişləndirilməsi istiqamətində görülən işlər müzakirə edilib.

Bundan əlavə, səfər çərçivəsində Ordubad-Siyahrud körpüsünün tikintisi ilə bağlı mövcud imkanlar nəzərdən keçirilib və layihə üçün seçilən əraziyə baxış keçirilib.

Xəbər 3341 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +