Suriyanın yeni lideri tezliklə Türkiyəyə gedəcək
Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB


22.09.2021  20:33 

“Məktəblilərin virusa yoluxma ehtimalı var”





A+  A-

“Təhsil müəssisələrinin ənənəvi tədrisə qayıtması tamamilə doğru addımdır”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında infeksionist Nicat Əzimli söyləyib.

O, hazırkı epidemik vəziyyəti qənaətbəxş hesab edir:

“Təhsil müəssisələrinin ənənəvi tədrisə qayıtması tam doğru addımdır. Ənənəvi təhsilin mənfi təsiri haqda düşünmək lazım deyil. Tədrisin yoluxmalara çox böyük təsiri olmayacaq. Lakin payız mövsümü ilə əlaqədar olaraq müxtəlif infeksion respirator xəstəliklərin artması labüddür. Covid-19-un da yoluxma sayında xüsusilə vaksin olunmamış əhali arasında artım görülə bilər. Nəzərə alsaq ki, məktəblilər vaksinasiyada iştirak etmirlər, bu artım məktəblilər arasında gözləniləndir.

Vaksinasiya sürətli şəkildə davam edir. Yeni bir təhlükəli variant olmadığı müddətcə hər şey müsbətə doğrudur. Çünki digər variantlara qarşı süni və təbii kollektiv immunitet də kafi həddə yaxınlaşır”.

Xəbər 2602 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +