Suriyanın yeni lideri tezliklə Türkiyəyə gedəcək
Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB


22.09.2021  20:34 

Hansı qan qrupunda infarkt çox rast gəlinir?





A+  A-

Qan qrupunuzla infarkt arasında əlaqə varmı? Alimlər sübut edib ki, insanın infarkt riskinə məruz qalmaması, qidalanma, idman və siqaret vərdişləri, peşə vəziyyəti və genetik meyl kimi ətraf mühit amillərindən asılıdır. Lakin bu mövzuda indiyə qədər bilinməyən yeni bir səbəb kəşf edilib.

XəzərNews.az medicina.az-a istinadən xəbər verir ki, İngiltərə Milli Səhiyyə Xidməti bir sıra araşdırmalar aparıb. Araşdırma zamanı yaşı 30-75 arası olan 62.073 qadın və 24.428 kişinin qan qruplarına əsasən infarkt olma riskini tədqiq edilib. Həmçinin iştirakçıların yaşı, qidalanması, çəkisi, siqaret çəkmə vərdişləri kimi digər risk faktorları nəzərə alınıb.

Nəticələr göstərir ki, infarkt riski ən çox IV (AB) qan qrupundadır. Bu risk 23% təşkil edir. Daha sonra 5 %-lə II (A) qan qrupu , 11%-lə isə III ( B ) qan qrupu gəlir.

Bu fərqin bioloji mexanizmi və genetik səbəbləri hələ bilinməsə də, əvvəlki tədqiqatlar qan qrupları arasındakı fərqin qan damarlarında iltihabı və xolesterol səviyyəsini təyin etməkdə təsirli olduğunu müəyyən edib.

Qan qrupu və ürəkxəstəlikləri riski arasındakı əlaqəni tam başa düşmək üçün əlavə araşdırmalar tələb olunur. Doğrudur, qan qrupunuzu dəyişə bilməzsiniz, ancaq risk qrupunda yer alırsınızsa, bəzi şeylərə mütləq diqqət etməlisiniz. Bunlara sağlam qidalanmaq, nizamlı idmanla məşğul olmaq və ən azı ildə bir dəfə qanda xolesterol səviyyəsini ölçməklə infarkt riskini azalda və ya aradan qaldırmaq mümükündür.


Xəbər 2598 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +