Suriyanın yeni lideri tezliklə Türkiyəyə gedəcək
Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB


02.02.2019  12:10 

“Atamı azadlığa buraxdıracağını deyib məndən 150 min aldı”





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində baş prokurorun keçmiş müavini, dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərovun məhkəməsi başlayıb.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun icraatında olan prosesdə zərərçəkmiş Rəşad Yusifov ifadə verib.

O bildirib ki, atası Rəhman Yusifov 2013-c ildə 5 il müddətinə azadlıqdan məhrum olub: "İş Ali Məhkəmədə olanda Məmmədvəli Cəfərovla müqavilə bağladıq. Ona 2 min manat pul verdim. Məmmədvəli Cəfərov Ali Məhkəmədə tanış adam tapdığını, atamı oradan azadlığa buraxdıracağını deyib məndən 150 min manat aldı. 2015-ci ilin əvvəllində 2 dəfə kassasiya şikayətini geri götürdü ki, iş alınmır. Sonra baxdım ki, bu adam məni aldadıb. Pulumu geri istəyəndə, bəhanələr etdi, telefonumu açmırdı. Daha sonra hissə-hissə 61 min manat qaytardı”.

R.Yusifov təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona dəymiş zərərin ödənilməsini istəyib. Proses fevralın 8-də davam etdiriləcək.

M.Cəfərov 1992-ci ildə baş prokurorun müavini olub. Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov hazırda 13 saylı Vəkil Bürosunda fəaliyyətini davam etdirir.

Zərərçəkmiş R.Yusifovun atası Rəhman Yusifov isə 2008-ci ilədək Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini, həbs edilərkən isə Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Qaradağ rayon şöbəsinin müdiri olub.

Xəbər 1096 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +