Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib


31.01.2019  15:48 

“Boş-boş danışırlar” - Baş bankirdən dollar açıqlaması





A+  A-

Azərbaycanda dolların məzənnəsinin yenidən qalxacağı ilə bağlı yayılan xəbərlərə Mərkəzi Bankın sədri Elman Rüstəmov aydınlıq gətirib.
XəzərNews.az xəbər verir ki, o, Unikal.org-a açıqlamasında bu cür xəbərləri şayiə adlandırıb: “Əsası olmayan boş-boş sözlər danışırlar. Bugünkü gündə dolların məzənnəsinin manata nisbətən bahalaşmasına heç bir əsas yoxdur. Bununla bağlı Mərkəzi Bankın da qərarları var. Ölkədə dolların bahalaşması ilə bağlı məsələ müzakirə olunmur. Azərbaycanda cari ilə bütün makroiqtisadi situasiya makroiqtisadi sabitlik üzərində qurulub”.

E.Rüstəmov Azərbaycan nefti dünya bazarında ucuzlaşsa belə, bunun dolların kursuna təsir etməyəcəyini də vurğulayıb: “Bütün bunlara görə, Mərkəzi Bank və hökumətin vahid planı var. Qeyd etdiyim kimi, makroiqtisadi situasiya nəzarət altındadır. 2017-2018-ci illərdə ölkədə makroiqtisadi sabitlik hökm sürüb. 2019-cu ildə də belə olacaq”.

Xəbər 1187 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +