Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?


09.06.2020  14:09 

“Polisin kimisə çılpaq götürməyi qanunaziddir”





A+  A-

“Deyirsən ki, bir zibil atıb, başa düşdüm. Polisin hamısı savadlı deyil ki?! Amma adam evə gəlir, qapını döyür. Bilirsən ki, sənin dalınca gəliblər. Arvad-uşağı qapıya niyə çıxarırsan? Özün niyə polisə getməmisən? Bilirsən ki, sənə xəbərdarlıq ediblər ki, polisə gəl. Niyə ailə üzvlərini sıxıntıya soxursan?”
XzəərNews.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa “Yeni Müsavat”ın canlı yayımında deyib. O bildirib ki, polisin kimisə tutanda başına vurmağı, çılpaq götürməyi qanunaziddir:

“Bu, olmaz. Xanıma qarşı da bunu etmək olmaz. Məndə olan məlumata görə, həmin xanım da bir öncədən polisə müraciətində “dovşansan” ifadəsini işlədib. Polis də sanki onun cavabını verir. Amma vətəndaşa bu formada, bu cavab verilməz”.

Qeyd edək ki, ötən gün deputat mediaya açıqlamasında polisə zibil atmağı bomba atmağa bənzətmişdi. Onun bu fikirləri ictimaiyyət tərəfindən narazılıqla qarşılanmışdı.

Xəbər 2161 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +