Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib


21.03.2021  18:26 

Tanınmış obyektlər cərimələndi





A+  A-

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə üzrə 236 ictimai iaşə obyektində 397 monitorinq keçirilib.
XəzərNews.az xəbər verir ki, monitorinqlər zamanı 8 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır.

1. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Malik Mustafayev küçəsi ev 7 ünvanında yerləşən, fiziki şəxs Şamiyeva Lətifə Abas qızına məxsus kafe;

2. Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Vağzal küçəsi 1, ev 38C ünvanında yerləşən, fiziki şəxs Ramil Rəhimov Dilman oğluna məxsus “Elit” kafesi;

3. Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ev 56, m. 35 ünvanında yerləşən, "Urban Solution" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus pub;

4. Bakı şəhəri, Səbail rayonu, Xəqani ev 21 m.- ünvanında yerləşən, fiziki şəxs Kərimova Nərgiz Murad Qızına məxsus “BeeArif By Mydom” restoranı;

5. Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küçəsi ev 9/12 ünvanında yerləşən, fiziki şəxs Qasımov Elşən Kamal oğluna məxsus “İncir” kafesi;

6. Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti ev 240, mənzil 1 ünvanında yerləşən, fiziki şəxs Emrah Aksakala məxsus restoran;

7. İsmayıllı rayonu, Buynuz kəndində yerləşən, fiziki şəxs Şəfiyev Toğrul Fazil oğluna məxsus kafe;

8. Şamaxı rayonu, Nəriman Nərimanov küçəsində yerləşən, fiziki şəxs Rüstəmov Elçin Aydın oğluna məxsus çay evi;

Xəbər 1574 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +