“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


19.12.2024  16:23 

Meyiti tapılan bloqeri kim əməliyyat edib? -Fotolar





A+  A-

Xəbər verdiyimiz kimi, dekabrın 18-nə keçən gecə saat 03 radələrində paytaxtın Xətai rayonu Xocalı prospekti 25 ünvanındakı idman kompleksinin həyətində 23 yaşlı Nərmin Bəylər qızı İsgəndərovanın meyiti tapılıb

Xəzərnews.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bloqer fəaliyyəti göstərən Nərminin bir neçə gün əvvəl estetik əməliyyat keçirməsi və bu səbəbdən həyatını itirməsi iddia edilib. Mətbuatda yer alan məlumatlarda əməliyyatı "Mərcan Medicare" klinikasında müvafiq lisenziyası və təcrübəsi olmayan Nurlan Həsənli tərəfindən edildiyi qeyd olunub.

Klinikanın baş həkimi Araz Ağayev əməliyyatın 1 ay əvvəl baş tutduğunu deyib: "2001-ci il təvəllüdlü İsgəndərova Nərmin Bəylər qızının 20.11.2024 tarixində bizim klinikada plastik cərrah Oruc Məmmədov tərəfindən əməliyyatı icra olunub. Xəstə əməliyyatdan bir neçə gün sonra kafi vəziyyətdə cərrah nəzarətində olmaqla ambulator müalicəyə yazılıb. Bundan sonra bir-iki dəfə sarğıya gəlib, hər hansı ciddi narahatlığının olduğu müşahidə edilməyib”.

Fotoda Araz Ağayev


A.Ağayev əlavə edib ki, sonralar xəstə təkrar müayinəyə və baxışa çağırılsa da, gəlməkdən imtina edib: “Mətbuatda adı gedən Nurlan Həsənli Rusiyada tibb təhsili alıb, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçmədiyindən klinikamızda həkim köməkçisi kimi fəaliyyət göstərir".

Baş həkim əməliyyata görə 5 min manat ödənilməsi iddiasını da təkzib edib və N.İsgəndərovanın ondan xeyli aşağı məbləğə əməliyyat edildiyini deyib.

Fotoda Nurlan Həsənli


Xəbər 636 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +