General ekspertizadan imtina etdi - Həbsdə qaldı
ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi - Fotolar
Samir Şərifov nazir müavini təyin edilib -YENİLƏNİB
Deputat borcuna görə obyektini təhvil verdi
Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir?
Lütvəli Babayevin oğlu ilə bağlı prosesdə gərginlik - “Gözündən gəlsin“
Soyuq otaqlara icra başçısı üçün qoyulan qızdırıcılar - Foto
Paşinyan Azərbaycanla sülhə dair təkliflərini açıqlayıb
Xaricə xəbər ötürən diplomat həbs edilməyib - Vəkil Adəm Məmmədov açıqladı
Suriyanın yeni lideri tezliklə Türkiyəyə gedəcək


20.12.2023  10:35 

Seçkilərdən sonra idarəçilik sistemi dəyişəcəkmi?





A+  A-

Azərbaycanda adətən hər prezident seçkisindən sonra hökumətin tərkibində dəyişikliklər edilir və digər məsələlər müəyyən qədər öz həllini tapmış olur. Fikrimcə, qarşıdakı növbədənkənar prezident seçkilərindən sonra da bir sıra dəyişikliklər həyata keçirilməlidir.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Axar.az-a 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərindən sonra aparılacaq mümkün struktur dəyişiklikləri barədə danışan Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Millət vəkili struktur dəyişiklikləri ilə bağlı ehtimal edilən bir sıra variantlardan bəhs edib:

“Bildiyimiz kimi, işğaldan azad edilmiş bölgələrimizdə ilk dəfə xüsusi nümayəndəlik təsis edildi. Cənab Prezident də ADA Universitetində keçirilən konfranslardan birində sözügedən idarəçilik sisteminin özünü doğrultduğunu qeyd edib. Bu səbəbdən seçkilərdən sonra digər bölgələrimizdə də eyni idarəçilik sisteminin tətbiq olunması mümkün variantlar arasındadır. Nazirlər Kabinetinin strukturuna da yenidən baxıla bilər. Çünki ölkəmizdə həm Nazirlər Kabineti, həm də vitse-prezident institutu var. Belə düşünürəm ki, hər ikisinin eyni vaxtda saxlanılmasına ehtiyac yoxdur. Ona görə də prezident seçkilərindən sonra referendum keçirilməsi və bəhs edilən dəyişikliklərin orada öz əksini tapması mümkündür”.

Millət vəkili qeyd edib ki, növbəti ildə bizi prezident seçkilərindən başqa həm parlament, həm də bələdiyyə seçkiləri gözləyir:

“Milli Məclisə seçkilər prezident seçkilərindən sonra, yaxud ilin axırında keçirilə bilər. Bələdiyyə seçkilərinin də qarşıdakı ilin sonunda baş tutması planlaşdırılır. Yəni fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərindən sonra sadaladığımız və əlavə struktur dəyişikliklərinin, islahatların aparılması gözləniləndir”.

Xəbər 4427 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.01.2025  14:58 

Aparıcı Zaurun yeni biznesi

10.01.2025  23:51 

Balakəndə intihar hadisəsi olub

10.01.2025  17:31 

Daha bir tiktoker həbs edildi


BÜTÜN XƏBƏRLƏR +