Suriyanın yeni lideri tezliklə Türkiyəyə gedəcək
Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB


21.06.2023  09:55 

Rüşvət alan müstəntiq və sabiq polis məhkəmədə həbs olundu





A+  A-

Bakı Apellyasiya Məhkəməsində Bakı Şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov və ehtiyatda olan polis zabiti Ramin Talıbovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

XəzərNews.az Pravda-ya istinadla xəbər verir ki, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 4-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Kərimova verilmiş ittihamla təqsirli bilinərək ona 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib. Lakin məhkəmə ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib.

Samir Kərimov məhkəmə zalından azadlığa buraxılıb. Ramin Talıbovun isə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin olunmayıb.

İttihama görə, 2001-ci ildə Bakı Şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi işləyən Samir Kərimov Yasamal Rayon Polis İdarəsinin 27-ci Bölməsinin əməkdaşı, polis zabiti Ramin Talıbov və digər polis əməkdaşlarının müşayiəti ilə Hindistan vətəndaşlarının işlədiyi yuyucu toz satışı ilə məşğul olan şirkətə gedib. Sabiq müstəntiq şirkətə baxış keçirib, hindistanlıları yararsız yuyucu tozlar satmaqda ittiham edib. Bundan sonra müstəntiq məsələnin bağlanması üçün Hindistan vətəndaşlarından 20 min dollar rüşvət alıb.

Təqsirləndirilən Ramin Talıbov isə həmin vaxt sahə inspektoru kimi fəaliyyət göstərib, müstəntiqin tələbi ilə onunla birgə gedib. Samir Kərimovun əməlinin üstü açıldıqdan sonra prokurorluq orqanlarından xaric olunub, bir müddət sonra ölkəni tərk edib.

Qeyd olunan əmələ görə Samir Kərimov barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma), Ramin Talıbov barəsində 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309 (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanılıb. Samir Kərimov ölkədə olmadığı üçün barəsində həbsli axtarış elan olunub, Ramin Talıbov isə zaminə buraxılıb.

20 il sonra - 62 yaşında Bakıya qayıdan Samir Kərimov hüquq-mühafizə orqanları tərəfindən tutulub, barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər 914 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +