Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?


29.10.2022  11:22 

Din və əqidə toxunulmazdır!





A+  A-

Din və əqidə yəqin və xatircəmlik əsasında qurulduğundan, din və əqidənin dəyişilməsi üçün onun sahibinin yəqin və yaxud xatircəmliyi aradan getməlidir. Azərbaycanda yaşayan insanların müxtəlif dini və məzhəbi baxışları olsa da, siyasi cəhətdən ayrı-ayrı dünyagörüşə malik olsalar da, demək olar ki, bütün insanlarımızın ortaq əqidə və inanclarından biri, Peyğəmbər və onun Əhli-beytinin sevgisidir. Onları əziz tutmaq Azərbaycanımızın 1400 illik tarixidir. Bunun üçün klassiklərimizin əsərlərinə, müqəddəs ziyarətgahlarımızda uyuyan Peyğəmbər balalarına, ümumxalq tərəfindən ziyarət olunan ocaqlarımıza baxmaq kifayətdir.

İstər bu gün, istər dünən, istərsə də sabah Peyğəmbərimizə (s) və yaxud onun Əhli -beytinə qarşı ədəbsizlik etmək, ən böyük tərbiyəsizlikdir. Tərbiyəsiz insana isə söz demirlər, tərbiyə verirlər.

Elə bilirəm ki, bu gün o tərbiyəsizlərə ən böyük tərbiyə elə aşağıdakıdır.

Biz Azərbaycanlıyıq, Azərbaycan hamımızın ana Vətənidir. Vətənimizi talan edən, övladlarımızı qətl edən, qızlarımızı əsir edən düşmənə qarşı heç vaxt tükənməyən nifrətimiz var. Və bu düşmənə arxa çıxan, ona dəstək olan, onu qoruyan və kollayan hər kəs, hər libasda olsa, ona qarşı da qəzəbimiz yerindədir. Lakin biz, bu nifrət və qəzəbi tərbiyəsizliklə etmirik. Elə qəlbimizdə İmam Hüseyn məhəbbəti, dilimizdə ya Hüseyn zikri ilə edirik.

Ya Hüseyn, Ya Abbas şüarları ilə biz Vətən yolunda şəhidliyə qucaq açırıq.

Ya Hüseyn zikri ilə biz, daha anlamlı və daha mənəviyyatlı oluruq.

Ya Hüseyn zikri ilə biz , ölümsüz oluruq.

Bir neçə gün bundan qabaq rayonumuzda Milli Qəhrəmanımızın anasının dediyi sözü, tərbiyədən yoxsul olanlara çatdırmaq istəyirəm. “Mən oğluma ağlamıram, çünki onu İmam Hüseynə qurban demişəm”.

Heç olmasa azacıq həyan və abrın qalıbsa, bu və bunun kimi Şəhid analarından üzr istə!

Seyyid
Ağarəşid Talıbov


Xəbər 1758 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +