16.02.2017 11:36
Bakının mərkəzi hissəsində, əsasən "Kubinka” adlanan ərazidə, Rusiya səfirliyinin yaxınlığındakı evlərə aylardır, qaz verilmir.
XəzərNews.az bildirir ki, bu barədə məlumatı BakiPost.az-a sakinlər veriblər. Onların sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq, problem öz həllini tapmır: "Soyuqlar düşəni az qala hər gün "Azəriqaz”a müraciət edirik, qaynar xətti yığırıq, amma heç bir fayda yoxdur. Gündüzlər demək olar ki, qaz verilmir, gecə 12-dən sonra isə cüzi, şam işığı kimi qaz verilir. Onla da nə ev qızdırmaq olur, nə də yemək bişirmək”.
Sakinlər bildirirlər ki, vəziyyət dözülməz həddədir: "Heç bilmirik nə edək. Bu ərazilərdə yaşayanların çoxu kasıb adamlardı. Qaz verilmədiyindən hamı məcburən elektrik enerjisindən istifadə edir. Təsəvvür edin ki, mənzillər elektriklə isidilir, eləcə də mətbəxdə görülən işlərin hamısı. Bu da əziyyət, həm də artıq xərclərin hesabına başa gəlir. Soyuq aylarda 200 manata yaxın işıq pulu ödəməyə məcbur qalırıq”.
Şikayətçilər qazın verilməməsinə görə sakinlərə əlavə ziyanların dəydiyini də bildiriblər: "Evlərin əksəriyyətinə quraşdırılan "kombi”lər qaz verilmədiyinə görə işləmir. Ona görə də qar yağanda, şaxta olanda görə bəzi evlərdəki "kombi”lər donub sıradan çıxıb”.
Şəhər sakinləri problemin səbəblərini belə izah ediblər: "Bizim rayonun qaz idarəsinin rəhbərliyi məsələni yaxşı bilir. Ona görə də şikayətimizə baxmırlar. Bu ərazilərdə bir neçə çörək sexi və şirniyyat evləri fəaliyyət göstərir. Bizə çatan məlumatlara görə onlara onlara, qeyri-qanuni, qydiyyata alınmayan- sayğacsız xətlər veriblər. Onlarda xətlərinə nasos quraşdırıblar. Ona görə də əhaliyə qaz gəlib çatmır. Həmin bu, sexlər müdirlərin əlavə qazanc yeri olduğundan şikayətləri görməzdən gəlir”.
Heç bir qurumda səsi eşidilməyən sakinlər, məcbur qalıb ölkə başçısına müraciətlər ediblər: "Cənab Prezidentə teleqram vurumuşuq, saytına yazmışıq. Bəlkə o göstəriş versə, bizim dərdimizə bir əlac qılarlar”.
Məsələ ilə bağlı Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin İbrahim Kərbalayev bildirib ki, həmin problemi araşdırmaq üçün əraziyə mütəxəssislər göndəriblər.
Sakinlər isə bildirib ki, hər dəfə müraciət edəndən sonra bir-neçə nəfər əraziyə gəlib, mənzillərə baxış keçirib gedirlər, amma heç bir nəticəsi olmur: "Hər dəfə gəlib baxıb, başlarını yelləyib gedirlər. Erməni kilsələrinə pulsuz qaz verən Rövnəq Abdullayev Bakının mərkəzində bizə pulumuzla qaz vermir ki, vermir...”
Qeyd edək ki, əhaliyə qaz verilməsiylə bağlı şikayətlər demək olar ki, hər gün sosial şəbəkələrdə və mediada tirajlanır. Şikayətlərdə əsasən qazın zəif və ya qaz əvəzinə hava verilməsi qeyd olunur.
|
08.01.2025 17:34
08.01.2025 15:59
Xəstə uşaqların 1 milyon qanpulu hansı “böyük adam”ın cibindədir?
07.01.2025 20:31
Avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı həbs olundu -FOTO,VİDEO
07.01.2025 19:24
Yarım milyonluq qızıl Bakı aeroportundan necə keçirilib? - Vəzifəli şəxs tək olmayıb
07.01.2025 19:17
Salyanda ərini doğrayan qadın tanınmış həkimin qızıdır: “15 ildir ki...“ - Şok təfərrüatlar
07.01.2025 17:55
07.01.2025 17:44
07.01.2025 15:12
Aqrar sahəyə ayrılan subsidiyalar niyə özünü doğrultmur? - ARAŞDIRMA
05.01.2025 11:13
04.01.2025 15:43
04.01.2025 11:17
04.01.2025 11:11
Məcnun Məmmədovun yaxın kadrı həbs edildi: YARIM MİLYON YEYİNTİ
04.01.2025 10:40
“Azəriqaz“ iki günə vətəndaşa 132 manat borc yazdı - ŞİKAYƏT
04.01.2025 01:09
03.01.2025 21:35
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
02.01.2025 12:13
02.01.2025 12:10
01.01.2025 00:00
31.12.2024 14:08
31.12.2024 13:36
4 kq qızılla tutulan şəxs məşhur polkovnikin qardaşı oğludur
31.12.2024 00:38
31.12.2024 00:22
28.12.2024 21:56
28.12.2024 21:13
Hökumə Əliyevanın cənazəsi Bakıya nə vaxt gətiriləcək? -Video
27.12.2024 13:04
27.12.2024 01:34
26.12.2024 21:04
26.12.2024 19:42
26.12.2024 19:26
26.12.2024 12:04
Qoşqarın kimliyi müəyyən olundu - Nəşi bu gün ailəsinə veriləcək