Suriyanın yeni lideri tezliklə Türkiyəyə gedəcək
Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB


06.02.2017  13:06 

Azərbaycanda rüşvətxor həkimlər necə yetişir...





A+  A-


Azərbaycanda səhiyyəsində neqativ hallar aradan qalxmaq əvəzinə, artmaqda davam edir. Səhv diaqnoz qoymaqdan tutmuş, səhv ayaq kəsməyə qədər bütün neqativlər bizim səhiyyə sistemimizdə təzahür edir. Ən əsası isə “Azərbaycanda dövlət səhiyyə xidmətləri tam pulsuzdur” fikriləri illərdir ki, özünü israrla doğrultmamaqdadır...

XəzərNews.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Modern.az-a açıqlamasında deyib ki, ölkədəki dövlət tibb müəssisələrində səhiyyə xidmətləri tamamilə pulsuzdur:

“Əgər vətəndaş bu kimi neqativ halla qarşılaşıbsa, hüquq-mühafizə orqanlarına, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etsin. Yalnız bu halda həmin neqativ hallar aradan qalxa bilər”.

Tanınmış həkim, professor Adil Qeybulla Modern.az-a danışarkən bu kimi neqativ halların səbəbini səhiyyə sisteminin qeyri-sağlamlığında görüb:

“Həkimə verilən dəyər”

“Bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Sovet dövrünün öz qanunları, dəyərləri var idi. Bu gün həkimin orta aylıq maaşı təxminən 180-200 manat civarındadır. Bu, dövlətin həkimə verdiyi dəyərdir. Biz ümumiyyətlə, səhiyyə sistemini dəyişməliyik.

Azərbaycandakı səhiyyə islahatları sona qədər aparılmalıdır. Hər bir vətəndaşın icbari tibbi sığortası olmalıdır. Sığorta şərtləri müəyyən edilməlidir.

Bu gün sığorta ilə bağlı açıqlamalara diqqət edək. Yazırlar ki, hansı həkim daha çox xəstəyə baxsa, onun maaşı daha çox olacaq. Belə anormal qanunauyğunluq harada görülüb, haradan götürülüb?”

“Xəstəxanlarda qəbul şöbəsilə alver başlayacaq”

A.Qeybulla bildirib ki, sığortada qeyd olunan qiymətlər qətiyyən onun effektiv həyata keçirilməsinə imkan verməyəcək:

“Bundan başqa icbari tibbi sığortanın tətbiqi üçün xəstəxanaların böyük əksəriyyəti dövlət nəzarətində olmalıdır. İngiltərə kimi ölkədə xəstəxanaların 95 faizi dövlətin nəzarətindədir. Dövlət nəzarətində olan xəstəxanalarda həkimlərin fiksasiya olunmuş maaşı olmalıdır. Yoxsa “kim daha çox xəstəyə baxsa, maaşı da yüksək olacaq” o deməkdir ki, qəbul şöbəsilə alver başlayacaq. Şöbə xəstəni əlbir olduğu həkimə yönəldəcək, yaxud xəstəxana rəhbərliyi kimisə himayə edəcək. Belə bir anormallıqlar şəraitində necə səhiyyə qurmaq olar?”

“Həkim öz əməyinin qarşılığını almadığı müddətdə səhiyyədə rüşvət olacaq”

Professorun fikrincə, həkimin xəstədən aldığı pul korrupsiya sayıla bilməz:

“Korrupsiya dövlət səviyyəsində rüşvət deməkdir. Bəli, səhiyyəmizdə rüşvət halları var. Nə qədər ki, həkim öz əməyinin qarşılığını almır, rüşvət halları da aradan qalxmayacaq. Yaxşı olar ki, həkim haqqı olanını dünyanın qəbul elədiyi sivil yolla alsın. Amma bu cür şeylər neqativə yol açır. Bizim də həmişə məqsədimiz ondan ibarətdir ki, Azərbaycan sivil dünyanın yolu ilə getsin. Dünyada icbari tibbi sığortanın şərtləri necədirsə, onlara əməl edilsin. Vətəndaşlar bundan fayda  görsün, həkimlər də normal maaş alaraq gəlirləri adekvat olsun. Bu şəraitdə səhiyyənin şəffaflığından  danışa bilərik. Qalan bütün azərbaycansayağı modellər effektsiz olacaq”.



Xəbər 1653 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +