04.02.2017 13:20
Qızılağac Dövlət Təbiət Qoruğunda balıqların qanunsuz yollarla kütləvi şəkildə ovlanması ilə bağlı sosial şəbəkədə yerləşdirilmiş fotoşəkillər və məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.
Nazirlikdən XəzərNews.az-a bildirilib ki, araşdırma zamanı fotoşəkillərin Qızılağac Dövlət Təbiət Qoruğunun sərhədləri hüdudlarından 1,5-2 kilometr aralı məsafədə yerləşən Lənkəran rayonu Nərimanabad və Balıqçılar qəsəbələrini birləşdirən avtomobil yolunun sağ tərəfində Xəzər dənizinin sahilində, Dövlət Sərhəd Xidmətinin 14, 15, 16, 17 və 18 nömrəli yanalma körpüləri sahələrində 6 il əvvəl çəkildiyi müəyyən olunub.
“Fotoşəkillərdəki qayığın nömrəsindən şəkillərin bir neçə il əvvəl çəkilməsi aydın görünür. Çünki araşdırma zamanı müəyyən edilib ki, Dövlət Sərhəd Xidməti tərəfindən 2012-ci ildən etibarən qayıqlara üç-dörd rəqəmli yanalma nömrələri verilir. Fotoşəkildə isə qayıqda iki rəqəmli yanalma nömrəsi yazılıb.
Araşdırma zamanı Nazirliyin mütəxəssisləri şəkillərdə içərisində ovlanmış siyənək balıqları olan “Kazanka” tipli BA53 yanalma nömrəli qayığın Lənkəran rayonu Balıqçılar qəsəbə sakini Məmmədov İlqar Nurəli oğluna məxsus olduğunu müəyyənləşdirib. İ.Məmmədov yazılı izahat verərək sözügedən şəkillərin 2010-cu ildə çəkildiyini, həmin vaxt “Lənkəran Balıq Kombinatı” ASC-nin briqada üzvü olaraq ASC-yə verilmiş 18.10.2010-cu il tarixli, 07/15 nömrəli balıqovlama bileti ilə qanuni əsaslarla açıq dənizdə balıq ovladığını, şəkillərin Qızılağac DTQ-da çəkilmədiyini qeyd edib. Həmçinin ona məxsus qayığın yanalma nömrəsinin 6 il əvvəl BA505 olaraq dəyişdirildiyini bildirib.
Eyni zamanda, nazirliyin əməkdaşları tərəfindən 24-25 yanvar 2017-ci il tarixlərində, günün müxtəlif vaxtlarında Qızılağac Dövlət Təbiət Qoruğunun su akvatoriyasında reydlər keçirilib və bu müddətdə qanunsuz balıq ovlanması hallarına rast gəlinməsə də, ərazi Nazirliyin əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Qeyri-obyektiv məlumatların, yeri, çəkilmə tarixi dəqiqləşdirilməyən fotoşəkillərin sosial şəbəkələrdə yayılmasını ETSN qərəzli və məqsədli hesab edir, bunu ictimai fikrin çaşdırılması və saxta yollarla ictimai rəğbət qazanmaq cəhdi kimi qiymətləndirir”.
|
08.01.2025 17:34
08.01.2025 15:59
Xəstə uşaqların 1 milyon qanpulu hansı “böyük adam”ın cibindədir?
07.01.2025 20:31
Avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı həbs olundu -FOTO,VİDEO
07.01.2025 19:24
Yarım milyonluq qızıl Bakı aeroportundan necə keçirilib? - Vəzifəli şəxs tək olmayıb
07.01.2025 19:17
Salyanda ərini doğrayan qadın tanınmış həkimin qızıdır: “15 ildir ki...“ - Şok təfərrüatlar
07.01.2025 17:55
07.01.2025 17:44
07.01.2025 15:12
Aqrar sahəyə ayrılan subsidiyalar niyə özünü doğrultmur? - ARAŞDIRMA
05.01.2025 11:13
04.01.2025 15:43
04.01.2025 11:17
04.01.2025 11:11
Məcnun Məmmədovun yaxın kadrı həbs edildi: YARIM MİLYON YEYİNTİ
04.01.2025 10:40
“Azəriqaz“ iki günə vətəndaşa 132 manat borc yazdı - ŞİKAYƏT
04.01.2025 01:09
03.01.2025 21:35
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
02.01.2025 12:13
02.01.2025 12:10
01.01.2025 00:00
31.12.2024 14:08
31.12.2024 13:36
4 kq qızılla tutulan şəxs məşhur polkovnikin qardaşı oğludur
31.12.2024 00:38
31.12.2024 00:22
28.12.2024 21:56
28.12.2024 21:13
Hökumə Əliyevanın cənazəsi Bakıya nə vaxt gətiriləcək? -Video
27.12.2024 13:04
27.12.2024 01:34
26.12.2024 21:04
26.12.2024 19:42
26.12.2024 19:26
26.12.2024 12:04
Qoşqarın kimliyi müəyyən olundu - Nəşi bu gün ailəsinə veriləcək