“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?
Almaniyanın keçmiş prezidenti öldü


21.12.2022  10:01 

“Bandotdel”in Kərim Əlimərdanovu kimdir?





A+  A-

ABŞ Dövlət Departamenti sanksiyaya məruz qalan fərdlərin siyahısını dərc edib. Siyahıya Azərbaycandan ilk dəfə olaraq “Bandotdel” kimi tanınan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovniki Kərim Heydər oğlu Əlimərdanov da daxil edilib.

XəzərNews.az “Meydan TV”yə istinadla xəbər verir ki, sanksiya siyahısına onun 2015 və 2016-cı illərdə insan hüquqlarını pozması və məhbuslara işgəncə verilməsində iştirakına görə daxil edildiyi bildirilir.

Kərim Əlimərdanovun adı Nardaran işində və gənc fəal Elgiz Qəhrəmanın məhkəmə prosesində hallanıb. 2016-cı ilin avqustunda həbs olunan ictimai-siyasi fəal Elgiz Qəhrəman da şəxsən Kərim Əlimərdanov tərəfindən qeyri-insani rəftara məruz qalanlardandır. O, sanksiya haqqında qərarı eşitdikdən sonra unutduğu günlərə geri qayıdıb. Elgiz işgəncələrin onun səhhətində iz qoyduğunu və azadlığa çıxdıqdan sonra psixoloji yardım aldığını bildirir.

"Kərim Əlimərdanov əlində "dubinkayla" başımın eyni nöqtəsinə dəfələrlə zərbə endirirdi. Və ancaq eyni nöqtəyə vururdu. Hətta mən bu zərbələri saydım, 49-a kimi saya bildim, 49-dan sonra özümdən getmişdim" ,- Elgiz Qəhrəman deyir.

Ətraflı süjetdə:



Xəbər 4143 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +