15.02.2017 18:21
ABŞ prezidenti Donald Tramp Krımın Rusiya tərəfindən ilhaqına görə sələfi Barak Obamanı qınayıb.
XəzərNews.az-ın xəbərinə görə, D. Tramp özünün “Twitter” səhifəsində yazıb: “Rusiya Krımı Obama administrasiyasının dövründə ələ keçirib. Obama Rusiya ilə kifayət qədər yumşaq davranmayıbmı?”
D. Tramp yaxın ətrafındakı şəxslərin Rusiya kəşfiyyatı ilə əlaqələri olduğuna dair “The New York Times” qəzetinin məlumatına da reaksiya verib. O, həmin məlumatı yalan adlandırıb: “Rusiya ilə bu cür əlaqələr nonsensdir. Bu, Hillari Klintonun uduzulmuş seçki kampaniyası zamanı yol verilən çoxsaylı səhvləri ört-basdır etmək üçün edilir”.
Prezident bu cür informasiyaların yayılmasında kəşfiyyat orqanlarını ittiham edib və Milli Təhlükəsizlik Agentliyi ilə Federal Təhqiqatlar Bürosundan (FBİ) şübhələndiyini gizlətməyib: “İnformasiyalar qanunsuz olaraq kəşfiyyat ictimaiyyəti tərəfindən “New York Times” və “The Washington Post” kimi bədnam qəzetlərə ötürülür”.
Xatırladaq ki, Ağ Evin sözçüsü Şon Spayser bir gün əvvəl prezident Donald Trampın Krım məsələsi ilə bağlı rəsmi mövqeyini ifadə edib. O bildirib ki, prezident Rusiyadan Krımı Ukraynaya qaytarmasını gözləyir.
|
22.01.2025 11:30
22.01.2025 11:27
22.01.2025 11:22
22.01.2025 11:15
22.01.2025 11:08
22.01.2025 11:04
22.01.2025 11:02
22.01.2025 10:59
22.01.2025 10:59
22.01.2025 10:49
22.01.2025 10:42
22.01.2025 10:25
22.01.2025 10:20
22.01.2025 10:18
22.01.2025 10:07
22.01.2025 09:59
22.01.2025 09:56
22.01.2025 09:52
22.01.2025 09:00
22.01.2025 01:36
22.01.2025 00:53
22.01.2025 00:47
22.01.2025 00:37
21.01.2025 20:05
21.01.2025 19:58
21.01.2025 19:50
21.01.2025 18:09
21.01.2025 18:08
21.01.2025 17:51
21.01.2025 17:47
21.01.2025 17:44
21.01.2025 17:40
21.01.2025 17:25
21.01.2025 17:07
21.01.2025 16:57
21.01.2025 16:44