07.02.2017 17:18
ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici məsələlər üzrə komitəsinin sədri, respublikaçı Ed Roys “Israel Project” (İsrail layihəsi) adlı forumda İranın Azərbaycanın daxili işlərinə qarışması barədə bəyanatlar səsləndirib.
XəzərNews.az xəbər verir ki, bu barədə komitənin rəsmi saytında (foreignaffairs.house.gov) məlumat yerləşdirilib.
Ed Roys İranın bu yaxınlarda ballistik raketlərini sınaqdan keçirməsini xatırladıb. O, qeyd edib ki, bu, BMT-nin Təhlükəsizlik Şurasının 221-ci maddəsinin kobud şəkildə pozulmasıdır. Ed Roys ABŞ Administrasiyasından İran rejiminə bu addımların cavabsız qalmayacağı barədə xəbərdarlıq etməsini istəyib.
Daha sonra amerikalı diplomat İranın yaratdığı digər təhlükələrdən danışıb: “İran İnqilabı Keşikçilər Korpusu regionun sabitliyi üçün təhlükədir və ona qarşı sanksiya tətbiq olunmalıdır”.
Roys İranın Azərbaycanda siyasi təxribat hazırladığını söyləyib. Onun sözlərinə görə, İran agentləri Azərbaycana daxil olub, kəndlərdəki insanlara təsir edir. “İran agentləri “siz niyə dünyəvi dövləti dəstəkləyirsiniz? Siz axı şiəsiniz” kimi çağırışlar edirlər“
Amerikalı siyasətçi əlavə edib ki, İranın İnqilabı Keşikçilər Korpusu məhz bu işlə məşğuldur.
|
22.01.2025 01:36
22.01.2025 00:53
22.01.2025 00:47
22.01.2025 00:37
21.01.2025 20:05
21.01.2025 19:58
21.01.2025 19:50
21.01.2025 18:09
21.01.2025 18:08
21.01.2025 17:51
21.01.2025 17:47
21.01.2025 17:44
21.01.2025 17:40
21.01.2025 17:25
21.01.2025 17:07
21.01.2025 16:57
21.01.2025 16:44
21.01.2025 16:09
21.01.2025 15:45
“Rusiya Azərbaycan və Ermənistan məsələsində tərəf tutmur“ - Lavrov
21.01.2025 15:28
21.01.2025 15:15
21.01.2025 15:07
21.01.2025 15:03
21.01.2025 14:19
21.01.2025 13:56
21.01.2025 13:31
21.01.2025 13:23
21.01.2025 12:55
Fərid Səfərli ölkəmizdə həbsdə olan İran casusu ilə dəyişdirilib
21.01.2025 12:51
21.01.2025 12:32
21.01.2025 12:25
21.01.2025 12:06
21.01.2025 12:02
21.01.2025 11:45