Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib


06.11.2018  18:19 

Füzulidə “Bayraq yürüşü” keçirildi





A+  A-

Noyabrın 6-da Təhsil və Müdafiə nazirlikləri Füzuli rayonunun Horadiz şəhərində 9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib.
XəzərNews.az xəbər verir ki, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Yürüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Müdafiə Nazirliyinin əməkdaşları, hərbçilər, ziyalılar, şagird və müəllimlər, KİV və QHT nümayəndələri iştirak edib.

Yürüşdən əvvəl iştirakçılar Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar.

Daha sonra əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdiriblər, şagirdlər tərəfindən bayrağımız haqqında mahnılar ifa olunub.



Xəbər 1799 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +