Suriyanın yeni lideri tezliklə Türkiyəyə gedəcək
Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB


06.11.2018  12:32 

“Ünvanlı sosial yardım alanların sayı azalıb”





A+  A-

“I qrup əlillərin sayında bu il 8,8 faiz artım müşahidə olunub”.
XəzərNews.az xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin beş komitəsinin büdcə ilə bağlı keçirilən iclasında məlumat verib. O, həmçinin əlilliyin təyin edilməsinə inzibati nəzarətin gücləndirilməsini zəruri hesab edir.

V. Gülməmmədov qeyd edib ki, ünvanlı sosial yardımların təyin olunmasında ciddi qanun pozuntuları aşkar edilib: “Növbəti ildə ünvanlı sosial yardımın verilməsi ilə bağlı 171,2 milyon manat vəsaitin ayrılması nərədə tutulur. Nöqsanlar daha çox yardımların müəyyənləşməsi zamanı baş verib. Belə ki, aidiyyatı qurumlar ancaq ünvanlı sosial yardımla bağlı vətəndaşın verdiyi məlumatlara istinad edərək ünvanlı sosial yardım təyin edilib. Burada isə kifayət qədər düzgün olmayan məlumatlar olub, yəni ünvanlı sosial yardım təyin edilərkən vətəndaş barədə dolğun məlumat əldə edilməyib. Lakin son 9 ayda həyata keçirilən tədbirlər nəticəsində ünvanlı sosial yardımın təyin edilənlərin sayı 37,1 faiz azalıb. Ünvanlı sosial yardımlar müəyyən edilərkən dünya praktikasına diqqət yetirilməli və sistemdənkənar şəxslər də nəzərə alınmalıdır”.

Xəbər 1689 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +