Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib


02.11.2018  11:42 

AMAY-ın vəzifəli şəxsi sərhədi pozarkən yaxalandı





A+  A-

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbiri keçirilib.
XəzərNews.az xəbər verir ki, oktyabrın 31-də Dövlət Sərhəd Xidməti əməkdaşları Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən AR-nın Cinayət Məcəlləsinin 179.3.1-ci və 179.3.2-ci maddələri ilə təqsirli bilinən, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və axtarışda olan “AMAY” MMC tərəfindən İranda təsis edilmiş “Azər Caspian İran” şirkətinə məxsus müəs­sisə­lərə rəhbərlik edən 20.10.1976-cı il təvəllüdlü Bayramov Nizami İmran oğlu Yardımlı rayonu ərazisində İrandan Azərbaycan istiqa­mə­tin­­də dövlət sərhədini pozarkən saxlanıl­ıb.

N.Bayramovun üzərinə baxış keçirilərkən 20 qram tiryək, “Nokia” markalı mobil telefon, 150 ABŞ dolları və 100 manat pul aşkar­lanıb.

Saxlanılan şəxsə həmin əməllərinə görə AR CM-nin 318.1-ci, 206.2-ci və 234.1-ci maddələri üzrə ittiham elan edilib.

Xəbər 1528 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +