Suriyanın yeni lideri tezliklə Türkiyəyə gedəcək
Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB


11.07.2017  15:09 

Alim Qasımov: “Oğlumun gözü bu səbəbdən zədələnib“





A+  A-

Xalq artisti Alim Qasımov oğlu Qadir Qasımovun gözünün çıxarılmasıyla bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
XəzərNews.az xəbər verir ki, sənətkar "Ölkə.Az"ın əməkdaşı ilə söhbətində oğlunun xəsarət aldığını təsdiqləsə də, bunun başqa səbəbdən baş verdiyini söyləyib:

"Kim nə gəldi yazır. Orada nə dava olub, nə də oğlumu vurublar. Güzdəkdə evimiz var. Pilləkəndən düşəndə ayağı çay daşına ilişib, yıxılıb, dişi sınıb, gözü də zədələnib. Amma heç bir davadan söhbət gedə bilməz. Sadəcə, kimsə çağırıb, Qadir də yuxulu olub. Ayağı ilişib yıxılıb".

Qeyd edək ki, mətbuatda və sosial şəbəkələrdə bu barədə xəbər yayılmışdı. Bildirilirdi ki, A.Qasımovun qohumlarının iştirak etdiyi məclisdə dava düşüb. Qadir Qasımov qohumları sakitləşdirməyə çalışarkən özü də xəsarət alıb.

Xəbər 1618 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +