Suriyanın yeni lideri tezliklə Türkiyəyə gedəcək
Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB


13.04.2017  16:58 

Vahid Əhmədov: “Aydın Əliyev düz deyir, idxalda monopoliya yoxdur”





A+  A-

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Azərbaycanda “idxalda monopoliya yoxdur” fikirlərini səsləndirib. Üç gün əvvəl isə ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxış edib. Makroiqtisadi sabitliyin möhkəmləndirilməsini önəmli məsələlərdən biri adlandıran Prezident İlham Əliyev vurğulayıb ki, süni qiymət artımına yol verilməməlidir. Heç kəsə sirr deyil ki, süni qiymətə yol verənlər monopolist şirkətlər və sahibkarlardır.
XəzərNews.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, Aydın Əliyevin “idxalda monopoliya yoxdur” fikirləri doğrudur:

“İdxal nəzarətdə saxlanılır. Məsələ burasındadır ki, əsas monopoliya daxildədir. Aydın Əliyev bununla bağlı heç nə edə bilməz. Çünki bu, daha çox iqtisadi qurumların fəaliyyətilə əlaqəlidir. Hazırda daxildə monopoliya var. Bildiyiniz kimi, cənab prezident 2017-ci ilin 1-ci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən iclasda süni qiymət artımının aradan qaldırılması ilə bağlı göstərişlər verdi. Bu baxımdan monopoliyanın qarşısını almaq vacibdir və artıq bununla bağlı konkret işlər görülməlidir”.

V.Əhmədovun sözlərinə görə, gömrükdə yalnız bir əsas problem var:
“Mən hesab edirəm ki, Gömrük Komitəsi prezidentin devalvasiyadan sonra verdiyi göstərişlərə tam əməl edib. Gömrükdə olan yalnız bir əsas məsələ-gömrük rüsumlarını yüksək olması qalmaqdadır. Əlavə dəyər vergisi ilə toplananda gömrük rüsumları 32-35 faizə gəlib çıxır. Bu da böyük faizdir. Yəqin ki, buna da baxılacaq”.


Xəbər 2502 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +