Leysan Məmmədov icraçı direktor təyin olundu
Plastik cərrahların sənəd qəbulu DAYANDIRILDI
“Roşka“ yenidən həbs EDİLDİ
Ağcabədidəki partlayışla bağlı cinayət işi açıldı
Yeni yol və körpülər harda salınır?
“Stimul Hospital“ın adı ölüm işində hallanır - ŞİKAYƏT
“Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur”
Elisaşvili Əli Babayevə qarşı iddia qaldırıb
İş vaxtı, istirahət günləri və maaş necə dəyişəcək?
Ağcabədidə evdə qumbara partladı: 5 nəfər ÖLDÜ


18.03.2024  13:53 

Zakir Həsənov Stoltenberqlə görüşüb - VİDEO





A+  A-

Martın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xəzərnews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyində keçirilən rəsmi qarşılanma mərasimində Y.Stoltenberq fəxri qarovulun önündən keçib, protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.
General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

Nazir 30 illik işğal və indiki dövrdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə NATO-ya təşəkkür edib.

Nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə uyğun olaraq Azərbaycan Ordusunda aparılan islahatlar, eləcə də azad edilən ərazilərdə görülən minatəmizləmə, bərpa-quruculuq işləri və Azərbaycan-Ermənistan şərti sərhəddindəki cari vəziyyət barədə ətraflı məlumat verilib.

Müdafiə naziri NATO ilə əməkdaşlıqda əldə edilən uğurlardan danışıb, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Y.Stoltenberq Azərbaycan Ordusunun hərbi qulluqçularının sülhməramlı missiyalarda nümayiş etdirdiyi peşəkarlığı və NATO ilə tərəfdaşlıq çərçivəsində digər sahələrdə fəaliyyətlərini yüksək qiymətləndirib. Ordumuzun Türkiyə Silahlı Qüvvələri ilə sıx əməkdaşlığının.

Azərbaycan-NATO münasibətlərinə də əhəmiyyətli töhfə verəcəyini xüsusi vurğulayıb.

Sonda kibertəhlükəsizlik, minatəmizləmə, eləcə də ikitərəfli hərbi əlaqələrin digər sahələrində inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.









Xəbər 1070 dəfə oxunub.




31.01.2025  17:38 

“Roşka“ yenidən həbs EDİLDİ

31.01.2025  17:08 

Yeni səfir Bakıya gəldi

31.01.2025  15:58 

İlham Əliyev sərəncam imzaladı


BÜTÜN XƏBƏRLƏR +