Leysan Məmmədov icraçı direktor təyin olundu
Plastik cərrahların sənəd qəbulu DAYANDIRILDI
“Roşka“ yenidən həbs EDİLDİ
Ağcabədidəki partlayışla bağlı cinayət işi açıldı
Yeni yol və körpülər harda salınır?
“Stimul Hospital“ın adı ölüm işində hallanır - ŞİKAYƏT
“Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur”
Elisaşvili Əli Babayevə qarşı iddia qaldırıb
İş vaxtı, istirahət günləri və maaş necə dəyişəcək?
Ağcabədidə evdə qumbara partladı: 5 nəfər ÖLDÜ


18.03.2024  13:48 

NATO rəhbərinin Cənubi Qafqaz səfəri bölgədəki münasibətlərə necə təsir edəcək?





A+  A-

"Yens Stoltenberqin bölgəyə səfərinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması istiqamətində gedən proseslərə hər hansı bir təsiri olmayacaq".

Xəzərnews.az xəbər verir ki, bunu Qaynarinfo-ya sabiq xarici işlər naziri Tofiq Zülfüqarov NATO baş katibi Yans Stoltenberqin Azərbaycan, Ermənistan və Gürcüstana başlayan 3 günlük səfərini şərh edərkən deyib.

Tofiq Zülfüqarov bildirib ki, Cənubi Qafqaz ölkələrinin NATO ilə uzunmüddətli əlaqələri mövcuddur:

"Gürcüstan NATO-ya üzv olmaqla bağlı bəyanatlar verib. Ermənistanın hazırkı hakimiyyəti də bu yolu tutmağa çalışır. Azərbaycan isə neytral statusunda olduğunu bəyan edib.

Bununla belə, NATO təşkilat olaraq Azərbaycan üçün maraq kəsb edir. Çünki orada təkcə müdafiə mövzuları deyil, həm də onunla sıx əlaqəli olan enerji təhlükəsizliyi mövzuları da hər zaman diqqət mərkəzində olub.

Hətta NATO tərkibində enerji daşıyıcıları xətlərinin istifadəsi və təhlükəsizliyinə cavabdeh olan Boru Komitəsi də fəaliyyət göstərir".



Həmsöhbətimiz qeyd edib ki, NATO hər zaman Azərbaycana diqqət yetirib:

"Azərbaycan da öz növbəsində NATO standartlarına uyğun hərbi müdafiə modelini seçib. Azərbaycanın NATO üzvlərindən bəzilərilə sıx əməkdaşlığı da var. Türkiyə ilə hərbi müttəfiq ölkələrik.

O baxımdan Azərbaycan NATO münasibətləri həm tarixə malikdir, həm də onun perspektivi çox genişdir".

Tofiq Zülfüqarov düşünür ki, NATO baş katibinin bölgəyə səfərinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına hər hansı bir təsiri olmayacaq:

"Bu səfərin sülh prosesinə təsir edəcəyini düşünmürəm. Münaqişə dövründə belə NATO ondan yan qalmağa çalışıb.

Qurum nə danışıqlar prosesində iştirak etməyib, nə də postkonflikt dövründə nəzərdə tutulan hansısa hərbi-siyasi addımlarda iştirak barədə fikirlər səsləndirməyib. Ümumiyyətlə, NATO əlavə problemlər yaratmayan ölkələrlə əməkdaşlıqda maraqlıdır".

Qeyd edək ki, NATO baş katibi Yens Stoltenberq martın 17-də Bakıya səfərə gəlib. Burada o, dövlət başçısı İlham Əliyevlə görüşüb. Ardınca o, Ermənistan və Gürcüstana da səfər edəcək.

Xəbər 1062 dəfə oxunub.




31.01.2025  17:38 

“Roşka“ yenidən həbs EDİLDİ

31.01.2025  17:08 

Yeni səfir Bakıya gəldi

31.01.2025  15:58 

İlham Əliyev sərəncam imzaladı


BÜTÜN XƏBƏRLƏR +