Bakı və Tehran arasında razılıq əldə olundu -FOTO
Mehriban Əliyeva gəncləri təbrik etdi
Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı


02.01.2024  10:22 

Özünü yandıran vəkildən 10 min manat alan müstəntiq kimdir?





A+  A-

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda vəkil Zaur Məmmədov özünü yandıraraq öldürüb.

Xəzərnews.az xəbər verir ki, onun ən yaxın dostunun iddiasına görə, Zaur Məmmədovdan Bakıda yerləşən istintaq orqanının adı ona məlum olmayan müstəntiqi hansısa işi düzəltmək qarşılığında 10 min manat pul alıb: “İşin həll olmadığını müstəntiqin də pulu qaytarmadığını bildirdi. İşin yiyəsinin də bunu tutdurmaq üçüb prokurorluğa şikayət edəcəyini dedi. Zaur müəllim də çarə tapmadığını və özünü yandıracağını dedi. Səhəri gün də müstəntiqlə görüşəcəyini olmasa özünü öldürəcəyini dedi. Zarafat elədiyini düşündüm. Həll olacağını dedim. Səbrli olmağını dedim. Və bir də bir neçə başqa işlərdə pullar verdiyini dedi. Onlar da buna bəlli zaman vaxt verdiyini və o zaman həll edəcəklərini bildirdiyini dedi. Bugün səhərdən də əlaqə saxlaya bilmədim”.

İndi Azərbaycan cəmiyyətini bir sual maraqlandırır, o müstəntiq kimidr və hansı istintaq orqanının əməkdaşıdır. Yəqin ki, Z.Məmmədovun telefonu və apardığı son işlər, pulunu alıb müstəntiqə verdiyi vətəndaşın ifadələri həmin müstəntiqin kimliyini ortaya çıxaracaq.

Qeyd edək ki, vəkilin özünü yandırmasından sonra Vəkillər Kollegiyasının sədri istisna olmaqla heç bir rəsmi açıqlama verilməyib.


Xəbər 4918 dəfə oxunub.




02.02.2025  14:24 

Azərbaycanda baş katib vəfat etdi

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +