Kiyevdə Təhlükəsizlik Xidmətinin binasını partlatmaq istədi
Əhalinin banklara nə qədər kredit borcu var?
Ukrayna Ali Radası Ruben Vardanyanı cəzalandırmağa çağırdı
“TikTok“ dini ziyarətgaha aparmaq adıyla 13 nəfərin pulunu ələ keçirdi
Onlayn kredit almaq istəyənlərin NƏZƏRİNƏ
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
“Nimesil“in satışı qadağan edildi: Əks təsirləri nədir?
AYNA rəhbərliyi jurnalistlərə trolluq təklif edib?
Ruslar Poltavada yaşayış binasını vurdu
Hökməlidə obyektdə yanğın baş verib


01.02.2025  11:17 

17,9 milyonluq 54 tender... – ANAMA-nın müsabiqələrində şübhəli məqamlar var?





A+  A-

Bir neçə gün əvvəl yerli mediada Hesablama Palatasının Azərbaycan Minatəmizləmə Agentliyində (ANAMA) yoxlama apardığı barədə məlumat yayılmışdı.

Həmin məlumatda deyilirdir ki, yoxlamaların nəticələri Milli Məclisə təqdim ediləcək.
Bu, yoxlamalar zamanı ciddi nöqsanların aşkarlandığı barədə şübhələrə yol açır.

ANAMA vaxtaşırı dövlət satınalmaları həyata keçirən qurumlardan biridir.

XəzərNews.az xəbər verir ki, Reportyor.info-nun apardığı araşdırma nəticəsində məlum olub ki, Agentlik təkcə ötən il 54 satınalma müsabiqəsi keçirib. Bu müsabiqələr boyaların satın alınmasından tutmuş itlər üçün aksesuarların satın alınmasına qədər ən müxtəlif satınalma predmetlərini əhatə edir.

Keçirilən tenderlər üzrə satınalma müqavilələrinin toplam maliyyə dəyəri 17 968 943,58 manatdır.

ANAMA cari ildə isə iki tender keçirib. Tenderlərdən biri Füzuli rayonu, Horadiz şəhərində yerləşən ANAMA-ya məxsus qeyri-yaşayış sahəsinin (qazanxana) qazlaşdırılması işlərinin, digəri isə bərk invertarların satın alınması ilə bağlıdır.

Hər iki tender üzrə satınalma müqaviləsinin ümumimaliyyə dəyəri 225 068,35 manatdır.
Tenderlərdə qalib seçilən şirkətlərin əhəmiyyətli hissəsi haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Bəzi şirkətlər isə tender kralı kimi tanınır. Məsələn ANAMA-nın son tenderinin qalibi “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkətinin tender oyunlarında iştirakı barədə mediada çox yazılıb.

“Elnur-2” şirkəti 11 fevral 1994-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57 olan şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur. Şirkətin nizamnamə kapitalı isə 1 manat 60 qəpikdir.

Açıq mənbələrdə “Elnur-2” şirkəti barədə hər hansı məlumat yoxdur. Zaur Abıyevin adı isə “MTN işi”ndə keçir. İş materiallarından aydın olur ki, Zaur Abıyev də MTN-dəki məlum dəstənin hədəfinə gəlib. O, ifadəsində bildirib ki, 2013-cü ilin dekabr ayının 19-da digər zərərçəkmiş Elton Cəfərli ilə birlikdə “Texnikabank”ın “Proqress” filialından 620 min manat pul götürüb çıxarkən MTN əməkdaşları tərəfindən saxlanılıb.

Mediada gedən məlumatlardan aydın olur ki, şirkət əsasən şübhəli tenderlərin qalibi olur.

ANAMA-nın keçirdiyi satınalma müsabiqəsi ilə bağlı məlumatları təhlil etdikdə qurumda aparılan yoxlamanın zəruriliyinə və nəticənin agentliyin rəhbərliyi üçün heç də xoş olmadığına şübhə yeri qalmır. Görünür, agentliyin keçirdiyi dövlət satınalmaları yuxarı instansiyaların da diqqətindən yayınmayıb.

ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanovdur. O, 2021-ci ildən bu vəzifədədir.



Xəbər 122 dəfə oxunub.




01.02.2025  12:38 

Qusarda avtomobildə meyit TAPILIB

01.02.2025  10:35 

Bu cərimələr silinəcək?

01.02.2025  10:31 

Polis mayoru vəfat ETDİ - FOTO


BÜTÜN XƏBƏRLƏR +