Leysan Məmmədov icraçı direktor təyin olundu
Plastik cərrahların sənəd qəbulu DAYANDIRILDI
“Roşka“ yenidən həbs EDİLDİ
Ağcabədidəki partlayışla bağlı cinayət işi açıldı
Yeni yol və körpülər harda salınır?
“Stimul Hospital“ın adı ölüm işində hallanır - ŞİKAYƏT
“Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur”
Elisaşvili Əli Babayevə qarşı iddia qaldırıb
İş vaxtı, istirahət günləri və maaş necə dəyişəcək?
Ağcabədidə evdə qumbara partladı: 5 nəfər ÖLDÜ


22.01.2025  12:46 

Batumidə tətil edən işçilərlə bağlı “SOCAR“dan AÇIQLAMA





A+  A-

Batumidə 200-dən çox tətil elan edən işçilərlə bağlı "SOCAR" şirkəti açıqlama verib.

XəzərNews.az Gürcüstan mediasına istinadla xəbər verir ki, məsələ ilə bağlı "SOCAR Georgia"dan BM nəşrinə məlumat verilib.

Şirkətin bildirdiyinə görə, tarifin müəyyənləşdirilməsi zamanı əməkhaqqı fondu SEMEK tərəfindən təyin olunur və bu tarifin yenidən nəzərdən keçirilməsi hər 5 ildən bir həyata keçirilir. Hazırkı dövr üçün bu müddət 2028-ci ilə təsadüf edir.

Bununla belə, "SOCAR" şirkətindən bildirilib ki, SEMEK ilə əməkhaqlarının artırılması üçün digər imkanların müzakirə edilməsi məqsədilə məsləhətləşmələr planlaşdırılır.

"Direktorumuz artıq tətil edən işçilərlə görüşmək üçün hadisə yerində olub. Qayıtdıqdan sonra SEMEK ilə məsləhətləşmələrə başlayacaq. Biz tənzimlənən bir müəssisəyik və bütün xərclərimiz tarifdə nəzərə alınır. Tarifin müəyyən edilməsi zamanı əməkhaqqı fondu SEMEK tərəfindən təyin edilir və bu tarif yalnız hər 5 ildən bir yenidən nəzərdən keçirilir. Yəni, 2027-ci ildə yenidən nəzərdən keçiriləcək, 2028-ci ilin tariflərinin təyin edilməsi üçün, SEMEK ilə məsləhətləşmələr aparılmalıdır ki, bu məsələ ilə bağlı hansı imkanların mövcud olduğunu öyrənək.

Eyni zamanda, şirkət daxilində əməkhaqlarının artırılması üçün hansısa daxili resursların olub-olmadığını da nəzərdən keçirəcəyik, lakin əsas müzakirələr SEMEK ilə aparılacaq," - deyə "SOCAR Georgia"dan verilən məlumatda deyilir.

Xatırladaq ki, Batumidə "SOCAR Georgia" şirkətinin təxminən 200 əməkdaşı tətilə çıxıb. Onlar əməkhaqlarının artırılmasını tələb edirlər.

Xəbər 1809 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.01.2025  17:38 

“Roşka“ yenidən həbs EDİLDİ

31.01.2025  17:08 

Yeni səfir Bakıya gəldi

31.01.2025  15:58 

İlham Əliyev sərəncam imzaladı


BÜTÜN XƏBƏRLƏR +