Leysan Məmmədov icraçı direktor təyin olundu
Plastik cərrahların sənəd qəbulu DAYANDIRILDI
“Roşka“ yenidən həbs EDİLDİ
Ağcabədidəki partlayışla bağlı cinayət işi açıldı
Yeni yol və körpülər harda salınır?
“Stimul Hospital“ın adı ölüm işində hallanır - ŞİKAYƏT
“Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur”
Elisaşvili Əli Babayevə qarşı iddia qaldırıb
İş vaxtı, istirahət günləri və maaş necə dəyişəcək?
Ağcabədidə evdə qumbara partladı: 5 nəfər ÖLDÜ


06.02.2017  19:29 

Ramil Usubov polisin nüfuzundan danışdı





A+  A-

 

Bu gün Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin Yol Patrul Xidməti alayları əməkdaşlarının sıra baxışını keçirib.

XzəərNews.az-a daxil olan məlumata görə,  polis peşəsinin çətin və həm də şərəfli olduğunu diqqətə çatdıran nazir xüsusən əhali ilə ən çox təmasda olan yol patrul xidməti əməkdaşlarının insanlara həssas münasibətinin, diqqət və qayğısının həmişə minnətdarlıqla qarşılandığını, belə nümunəvi rəftarın polisin nüfuzunu daha da yüksəltdiyini vurğulayıb, onlar tərəfindən hərəkət iştirakçıları ilə ünsiyyətdə etik davranış qaydalarına daim ciddi riayət edilməsinin, törədilmiş inzibati xətanın yarada biləcəyi mənfi nəticələrin sürücülərə izah olunmasının zəruriliyini bildirib.

Xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını, şəxsi heyətin böyük qayğı ilə əhatə olunduğunu xüsusi qeyd edən nazir Ramil Usubov Azərbaycan Prezidenti İlham Əliyevin ali diqqətinə və etimadına cavab olaraq hər bir əməkdaşın qanunla müəyyən edilmiş vəzifələri bundan sonra da layiqincə yerinə yetirməli, xalqa, Vətənə ləyaqətlə xidmət etməli olduğunu vurğulayıb.



Xəbər 1258 dəfə oxunub.




31.01.2025  17:38 

“Roşka“ yenidən həbs EDİLDİ

31.01.2025  17:08 

Yeni səfir Bakıya gəldi

31.01.2025  15:58 

İlham Əliyev sərəncam imzaladı


BÜTÜN XƏBƏRLƏR +