AZAL təyyarəsi ilə bağlı hər şey MƏLUM OLDU
Qurban Qurbanov AFFA-dan ayrılır?
Bakıdan kənarda torpaq niyə bahalaşıb?
Vətən müharibəsi qazisinin meyiti TAPILDI
Ərəblər Biləsuvarda “Qırmızı Kitab”a düşən quşları OVLAYIBLAR?
“Oleq Bakinski“ nədə ittiham olunur?
Azərbaycanda referendum keçiriləcəyi təsdiqlənir
Həkimlər etiraza qalxdı: “Biz qatil deyilik…”
Hökumənin həyat yoldaşı kompensasiyadan imtina edib?
“TələbəPlus” kartları zərərli vərdişləri TƏŞVİQ EDİR?


02.02.2017  15:46 

Məcburi köçkünlərlə “Azərişıq” əməkdaşları arasında QARŞIDURMA





A+  A-


Məcburi köçkünlərlə Xətai rayon Enerji Satışı və Təchizatı İdarəsinin əməkdaşları arasında insident yaşanıb.

Məcburi köçkünlərin verdiyi məlumata görə, narazılıq “Azərişıq”ın əməkdaşlarının sayğac quraşdırmağa başlamasından sonra yaranıb.

Buna səbəb isə onlara ayrılan, yay aylarında qənaət edərək saxladıqları və hələ  istifadə etmədikləri limitin ləğv edilməsidir. Onlar yeni qaydaya etiraz etmirlər. Məcburi köçkünlərin istəyi balanslarında hələ də istifadə etmədikləri limitin sıfırlanmasıdır. Onlar tələbləri yerinə yetirilmədiyi halda etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev açıqlama verib.

Qurum rəsmisi bunların şayiə olduğunu deyib:

“Məsələ ilə bağlı kimin şikayəti varsa, yaradılan qərargaha müraciət edə bilər. Belə bir problem ola bilməz. Narazılığı olan varsa, buyursun müraciət etsin. Qeyd edim ki, şikayətlər fərdi qaydada araşdırılacaq”.

Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb. Fərmanda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.

Qeyd edək ki, bu fərmana qədər hökumət tərəfindən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlər hesabına məcburi köçkünlərin kommunal xidmətləri xüsusi limit tətbiq edilməklə ödənilirdi. Eyni zamanda məcburi köçkünlərə 20 manat aylıq yemək xərci verilirdi.

Məcburi köçkünlərə adambaşına ayda 150 kVt.saat elektrik enerjisindən pulsuz istifadə limiti ayrılırdı ki, yay aylarında 100 kVt. saat, qış aylarında isə 200 kVt .saat elektrik enerjidən istifadə nəzərdə tutulurdu. Orta hesabla bu,150 kVt.saat edirdi. Bundan başqa, adambaşına köçkünlərə bir ay üçün 35 kubmetr təbii qaz hesablanırdı.

Dörd ay qış müddətində təbii qazdan istifadə 45 kub, mart, aprel, may və oktyabr ayları üçün 35 kub, yerdə qalan 4 ay üçün isə orta sərfiyyat 25 kubdan hesablanırdı. Məcburi köçkünlər üçün adambaşına su istehlakı limiti aylıq 5 kub nəzərdə tutulurdu.

(modern.az)

 



Xəbər 1829 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.01.2025  00:52 

Qurban Qurbanov AFFA-dan ayrılır?

24.01.2025  19:05 

Vəfanın evindən oğurluq EDİLİB

24.01.2025  15:19 

Ukrayna Ryazanı alova bürüdü

24.01.2025  15:15 

Məşhur jurnalist vəfat ETDİ

24.01.2025  14:46 

Pezeşkian azərbaycanca danışdı


BÜTÜN XƏBƏRLƏR +